ABŞ ın İrana mümkün hücumu... Hikmət Hacıyev Azərbaycan dövlətinin mövqeyini AÇIQLADI
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı qeyri-müəyyənlik Azərbaycanda narahatlıq yaradır, lakin Bakı bu məsələni Vaşinqtonla müzakirə etməyib".
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “The National” nəşrinə müsahibəsində bildirib.
“Vəziyyət proqnozlaşdırılmazdır və bununla əlaqədar yarana biləcək bütün təhdid və çağırışları düzgün qiymətləndirmək çətin olacaq”, - o deyib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan bu narahatlıqlarını Vaşinqtona çatdırmayıb: “Biz bu məsələni ABŞ-la müzakirə etmirik və onlar da bu mövzuda bizimlə heç vaxt əlaqə saxlamayıblar”.
Prezidentin köməkçisinin sözlərinə görə, son günlərdə Azərbaycan rəsmiləri iranlı həmkarları ilə danışıqlar aparıblar.
Hikmət Hacıyev vurğulayıb ki, "İrandakı təhlükəsizlik vəziyyəti Azərbaycan tərəfinin dərhal müdaxiləsinə ehtiyac yaratmır, çünki rəsmi Bakı həmişə digər ölkələrin daxili işlərinə qarışmaqdan kənardır".
Prezidentin köməkçisi əlavə edib ki, Cənubi Qafqazın enerji mənbələri ilə zəngin dövləti olan Azərbaycan özünü İran və Rusiya arasında "iki dünya müharibəsi arasında” sıxılmış kimi hiss edir:
"Bir tərəfdə Rusiya-Ukrayna müharibəsi davam edir, eyni zamanda, İsrail və İran arasındakı qarşıdurma və ABŞ-ın həmin qarşıdurmada iştirakı da var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 30 Yanvar 2026 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















