Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

ABŞ ın kəşfiyyat məlumatlarını dayandırması Gerçəkdən hər şey bitdimi?

ABŞ ın kəşfiyyat məlumatlarını dayandırması Gerçəkdən hər şey bitdimi?

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Ukraynaya təkcə silah tədarükünü deyil, həm də kəşfiyyat məlumatlarının verilməsini dayandırıb. İlk növbədə, "kəşfiyyat məlumatları" dedikdə nə nəzərdə tutulduğunu başa düşmək vacibdir. Bu, qoşunların hərəkəti, müəyyən silah tədarükləri və ya əldə edilən məlumatlar əsasında hazırlanmış təhlil ola bilər.  

Qaynarinfo xəbər verir ki, bu sözlər Radioelektron Mübarizə Vasitələri istehsal edən şirkətin baş direktor müavini Анатoli Xrapçinskinin Unian-da dərc olunan yazısında qeyd edilir.

Bu necə baş verir? Məsələn, hərbi qüvvələrin müəyyən yerdə toplanması və ya müəyyən silah sistemlərinin cəbhəyə gətirilməsi haqda məlumat əldə edirik. Bu əsasda biz anlayırıq ki, hansısa istiqamətdə əks-hücum və ya düşmənin başqa bir əməliyyatı planlaşdırılır. Eyni şəkildə, Şimali Koreya və İranın Rusiya Federasiyasına silah tədarükü ilə bağlı razılaşmaları haqda məlumat ala bilərik. Belə olan halda, Ukrayna təkcə şimal-koreya mənşəli deyil, həm də İran istehsalı olan ballistik raketlərin ona qarşı tətbiq ediləcəyinə hazırlaşmalıdır. Yaxud düşmən ərazisində yerləşən hansısa yaşayış məntəqəsinə koreyalı generallar gəlib – deməli, ora zərbə endirmək olar...  

Bax, bu kəşfiyyat məlumatıdır və bu informasiyaya çıxışımız məhdudlaşdırıla bilər. Yəni burada müxtəlif müşahidələrin kompleks təhlilindən söhbət gedir ki, biz artıq onların bir qismini özümüz görə bilirik. Buna görə də, Ukraynada ABŞ-ın kəşfiyyat məlumatlarını kəsməsindən sonra "görmə qabiliyyətimizi itirdik" deyiləndə, tələsməyək... Biz kor olmamışıq! Düşməni izləmək imkanlarımız var. Sadəcə, müəyyən sahələri gücləndirmək lazımdır.  

Bəli, biz hələ də düşmənin hərəkətlərini, məsələn, Kursk vilayətində izləyə bilirik.  

Bunun üçün bizə dost olan Avropa ölkələrinin peyk qrupları mövcuddur və onlar Ukraynaya kəşfiyyat məlumatları təqdim edə bilərlər. Üstəlik, ABŞ əvvəldən bu istiqamətdə çox məlumat vermirdi ki, Ukrayna Rusiya ərazisini atəşə tutmasın.  

Bundan başqa, biz NATO-nun AWACS tipli kəşfiyyat təyyarələrindən istifadə etməyə davam edə bilərik (NATO ilə münasibətlərimiz pozulmayıb). Bu təyyarələri İsveçdən əldə etmək də yaxşı olardı. Onlar real vaxt rejimində məlumat ötürə bilir və ümumiyyətlə, bir çox məsələləri həll edir.  

Həmçinin OSINT – açıq mənbələrdən kəşfiyyat – unudulmamalıdır, çünki ruslar çox danışmağı sevirlər və bu, nəticə verir.  

Bundan əlavə, Ukraynanın öz kəşfiyyat PUA-ları var və onların köməyi ilə düşmənin harada irəliləməyə çalışdığını görə bilirik. Hava şəraitindən və işıqlandırmadan asılı olmayaraq yüksək ayırdetmə qabiliyyətinə malik radar sistemləri ilə təchiz olunmuş PUA-lar mövcuddur. 28 saata qədər havada qala və 2500 km məsafə qət edə bilən dronlarımız var. Hədəfləri lazerlə nişan alma funksiyasına malik pilotsuz aparatlarımız da var.  

Yəni hər şey göründüyü qədər pis deyil. "Hər şey məhv oldu" deyənlər əsasən məlumat sistemlərinin necə işlədiyini anlamayanlardır.  

Nəticə etibarilə, Ukraynanın həm öz kəşfiyyat imkanları, həm də ona bu məlumatları təqdim edə biləcək tərəfdaşları var. "Hər şey bitdi" demək üçün əsas yoxdur. Sadəcə, əvvəllər hazır məlumat alırdıqsa, indi onu özümüz toplamalı və buna uyğun addımlar atmalıyıq. Bu isə daha çox işləmək deməkdir.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 10 Mart 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri