Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram Yücel Karauz
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər ölkənin hərbi-siyasi tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, regionda geosiyasi reallıqların dəyişməsinə də mühüm təsir göstərdi. Qələbə Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsində, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında və Türk dünyasında əməkdaşlığın genişlənməsində əhəmiyyətli rol oynadı. Zəfərin altıncı ildönümü münasibətilə
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a tarixi qələbənin əhəmiyyətini və onun yaratdığı yeni reallıqları dəyərləndirib:
"Bu gün türk tarixinin və şanlı Azərbaycan tarixinin ən parlaq zəfərlərindən biri olan 44 günlük Böyük Vətən Müharibəsi Zəfərinin 6-cı ilini qeyd edirik.
Dövlətlərin və insanların həyatında yaxşı günlər də, pis günlər də var. Zəfər günləri yüzlərlə, minlərlə illər keçsə də unudulmur. Bax, Azərbaycan qazandığı bu zəfərlə qısa müddətdə 28 ilin, orta müddətdə 200 ilin haqq-hesabını gördü.
Bu Zəfərlə, 100 illərdir erməni terrorçularının Azərbaycan xalqına qarşı törөtdiyi hücumlara son qoyuldu. Quba şəhidlərinin, Mart qırğınlarındakı, Salyandakı şəhidlərin, Bakı şəhidlərimizin, 1988-ci ildəki ilk Qarabağ şəhidlərimizin, Zəhra körpənin, Mübarizin, General Polat Haşimovun qanları yerdə qalmadı, qisasları alındı.
Bu Zəfərlə, böyük dövlətlərin son 200 ildə Türkmənçay və Gülüstan müqavilələri ilə başlatdığı anti-Azərbaycan siyasətlərinə dur deyildi. Azərbaycanın haqsız və hüquqsuz şəkildə torpaqlarının 20 faizinin işğalına, 1 milyona yaxın məcburi köçkünün qaçqınlığına son qoyuldu. 28 illik işğal, təhkim və atəşlərlə müdafiəyə hazırlaşan terrorçu Ermənistan 44 gün kimi qısa müddətdə dünyada yaşana biləcək ən ağır məğlubiyyətə düçar edildi. Məğlub edilən təkcə terrorçu Ermənistan deyil, onun havadarları da oldu".
General bildirib ki, Azərbaycan xalqı 44 günlük müharibə nəticəsində başını, sinəsini mərmiyə tuşlayaraq, vətən, millət, bayraq uğrunda sonuna qədər dövlətinə sahib çıxaraq dünya millətlərinə örnək oldu:
"Azərbaycan ordusu məğlub ordudan xalqının qürur mənbəyinə, torpaqlarını azad edən qalib bir orduya çevrildi. Qəhrəmanlığını, cəsarətini, vətənpərvərliyini ürəyində, bıçağında, tapançasında, biləyində dosta güvən, düşmənə qorxu salacaq şəkildə göstərərək Qafqazın ən güclü ordusu halına gəldi.
Azərbaycan ordusu ildırım sürətli əməliyyatla qısa müddətdə hədəfinə çatan, texnologiya ilə cəsarəti birləşdirən, ən az itki ilə terrorçu Ermənistan ordusuna ən çox insan və texnika itkisi verdirən, yeni döyüş texnikalarını tətbiq edən, bir çox ölkənin müasir silah sistemlərini ən uyğun, koordinasiyalı şəkildə istifadə etməyi bacaran dünyanın ilk 50 güclü ordusu sırasına daxildir.
Bu Zəfərlə, illərdir boynu bükük olan, təkcə Azərbaycanda yaşayanların deyil, dünyada yaşayan milyonlarla azərbaycanlının qırılan qürurunu, onuru ucadı. Onlar başını, sinəsini, baxışını dik tutaraq qürurla "mən azərbaycanlıyam" deyəcək hala gəldi.
İmperialist qüvvə və dövlətlərin illərdir yalanlarla həyata keçirməyə çalışdıqları saxta rollar Dəmir Yumruqla darmadağın edilərək tarixin zibilliyinə atıldı".
Sabit hərbi atteşe qeyd edib ki, qazanılan zəfər sülh, sabitlik, hüzur və dayanmadan, durmadan hüquq çərçivəsində mübarizə aparan dövlət ağılı və əzmi oldu:
"Uduzanlar vandallar və başqasının torpaqları üzərində siyasət yürüdən işğalçılardır.
Məzlum millətlərə, haqqını və hüququnu axtaran millətlərə Azərbaycan ümid işığı oldu. Səslərinin daha gur çıxması və haqsızlığa qarşı özlərini ifadə edə bilmələri təmin olundu.
Azərbaycan üzərində oyun qurulan və oynanan dövlət olmaqdan çıxıb oyunları pozan və oyun quran dövlətə çevrildi.
Bu Zəfərlə, eyni soy və kökə sahib bir millətin övladı olan Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə tarixinin və dünyanın ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldi.
Türk dünyası oyandı, İstanbul Bəyannaməsi Türk Dövlətləri Təşkilatına çevrildi, Türkiyə-Azərbaycan əlaqələri hər bir dövlətə örnək olacaq şəkildə gücləndirildi. Bu Zəfərlə "Bir Millət- İki Dövlət" "Bir Millət- Yeddi Dövlət"ə çevrildi.
Azərbaycan nüfuzlu bir şəkildə 28 illik dünya diplomatiya və siyasi tarix düşərgəsindəki yerini daha da yüksəklərə qaldırdı. Beynəlxalq arenada sözü və nüfuzu daha çox dinlənilən örnək ölkə mövqeyinə gəldi".
Yücel Karauz vurğulayıb ki, Azərbaycan xalqının vətən sevgisi, ordusunun cəsarəti, dövlətinin gücü və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi, hərbi dahiliyi tarix səhnəsinə çıxdı:
"Azərbaycan Prezidenti Türk Dünyasının ağsaqqalı-örnək lideri kimi tanındı. Eyni zamanda dünyada son əsrdəki zəfər çalmış dövlətin zəfər çalmış ordusunun Baş Komandanı kimi tarix səhnəsinə qızıl hərflərlə adını yazdırdı.
83 milyonluq Anadolu Türkünün fərdi olaraq və şəxsən öz adımdan, bu zəfəri Azərbaycana, Türkiyəyə, Türk Dünyasına yaşadan Azərbaycan xalqına, Müzəffər Azərbaycan Ordusuna, siyasi və hərbi liderliyi ilə Zəfərə rəhbərlik edən Cənab Prezident, Baş Komandan İlham Əliyevə şükranlıq və minnətdarlığımı bildirirəm.
Yaşasın sonsuza qədər davam edəcək Azərbaycan-Türkiyə qardaşlığı! Qardaşlığımız digər türk dövlətləri ilə dosta güvən, düşmənə qorxu salacaq şəkildə daimi olsun".
Müsahibimiz sonda bütün şəhidlərimizə rəhmət, minnətdarlıq və dua ilə andığını, qazilərimizə minnətdarlıq duyğuları ilə acil şəfalar dilədiyini deyib:
"Mən Şanlı Zəfəri qazanan Azərbaycan xalqı, dövləti, müzəffər ordusu və Cənab Prezident İlham Əliyevlə qürur duyuram. Dünən də, bu gün də və gələcəkdə də Qarabağ Azərbaycandır!".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















