ABŞ ın Minneapolis şəhərində keçirilən etirazlarda nümayişçilər miqrasiya agentlərinin şəhərdən çıxarılmasını tələb ediblər FOTOLENT
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ-ın Minnesota ştatının Minneapolis şəhərində etirazçılar küçələrə çıxaraq federal miqrasiya agentlərinin (ICE) fəaliyyətinə etiraz ediblər.
APA xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb.
Məlumata görə, etirazlar, miqrasiya agenti tərəfindən bir miqrant qadının öldürülməsi ilə nəticələnmiş insidentdən sonra şəhər sakinləri və fəallar arasında narazılığın artması fonunda təşkil olunub.
Nümayişçilər “ICE getməlidir” şüarları ilə polis və federal agentliklərin ofislərinə tərəf yürüş edib, müəyyən məntəqələrdə isə qarşıdurmalar da qeydə alınıb.
Təqdim olunan fotoşəkillərdə insanlar pankartlar, miqrasiya siyasətinə qarşı olan yazılar və etiraz aksiyalarının müxtəlif səhnələri ilə görünür.
Etirazların məqsədi miqrasiya siyasətində dəyişiklik tələb etmək və icra orqanlarının müəyyən addımlarına etiraz etməkdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 25 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















