Icma.az
close
up
RU
Ailə vəzifələri olan işçi

Ailə vəzifələri olan işçi

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiq edib. Əmək Məcəlləsi və digər bir sıra qanunlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib.

Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır.

Əmək Məcəlləsindəki anlayışlar sırasına “Ailə vəzifələri olan işçi” anlayışı daxil edilib. Bu anlayış qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qulluq, köməklik göstərilməsi ilə əlaqədar əmək fəaliyyətinə başlamaq, əmək funksiyasını yerinə yetirmək imkanları məhdud olan işçini nəzərdə tutur.

Ailə vəzifələri olan işçilərə əmək münasibətlərində güzəşt, imtiyaz və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli iş vaxtı rejimi təşkil edilərkən və gecə növbəsinə işə təyin edilərkən də işçilərin xüsusi, o cümlədən ailə vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar ehtiyacları nəzərə alınacaq.

Yeni dəyişikliklərdən biri işçilər tərəfindən əmək funksiyasının elektron, proqram-texniki və s. vasitələrlə distant iş formasında yerinə yetirilməsinin hüquqi əsasının yaradılmasına xidmət edir. Bu məqsədlə Məcəlləyə “Məsafədən (distant) iş” anlayışı da daxil edilib. Distant işlə bağlı əmək şəraitinin əlavə şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında əmək müqaviləsi ilə müəyyən olunacaq.

Qanunvericilikdə “əmək müqaviləsinin ləğv edilməsi” “əmək müqaviləsinə xitam verilməsi” ifadəsi ilə əvəzlənib. Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsinin hüquqi əsasları gücləndirilib. İşçi məzuniyyətdə olduğu müddət ərzində onun orta əməkhaqqı sonuncu əməkhaqqından az olmamaqla saxlanılmasına dair Məcəllədə müvafiq tənzimləmə də aparılıb.

Yeni dəyişikliklərə həmçinin:

– İşçi hərbi xidmətə çağırıldıqda əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən ona orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilməsi,

– Azı 46 təqvim günü əmək məzuniyyəti verilən işçilərin sırasına ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 20 Yanvar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilər, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış işçilər, döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilər, Azərbaycan Respublikasının ən yüksək təltifinə layiq görülmüş işçilərin də daxil edilməsi,

– Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddətinin doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılması və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsinin qısaldılmaması,

– Uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsi,

– Əmək qabiliyyətini fasiləsiz olaraq altı aydan çox müddətə davamlı itirməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməyən işçi ilə əmək müqaviləsinə fərdi reabilitasiya proqramına uyğun olaraq onun iş yerinin uyğunlaşdırılması və ya yüngül işə keçirilməsi mümkün olmadıqda xitam verilməsi

– Əsas iş yerində ezamiyyətə gedən işçiyə əlavə iş yerində, habelə əlavə iş yerində ezamiyyətə gedən işçiyə əsas iş yerində ezamiyyə müddəti qədər ödənişsiz məzuniyyət verilməsi,

– İş yerlərində işçi sayı 50-dən az olduqda əməyin mühafizəsinin təşkilinin əməyin mühafizəsi üzrə bilikli işçilərdən birinin əmək funksiyasına daxil edilməsi, bu mümkün olmadıqda əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsinin təsis edilməsi,

– Fiziki şəxs olan işəgötürənlərin yaratdıqları, işçilərin sayı 50-dən çox olan iş yerlərində əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinin təsis edilməsi,

– İşəgötürənin vakansiya yarandıqda və əvvəllər natamam iş vaxtını yaradan zəruri amillər dəyişdikdə, natamam iş vaxtında çalışan işçinin tam iş vaxtında çalışması üçün tədbir görməsi,

– Zərərli iş yerlərində, peşələrdə və yüksək təhlükə mənbəyi olan maşın, mexanizm və avadanlıqlarda işləyən işçilərin 3 ayda bir dəfədən, digər iş yerlərində ildə bir dəfədən az olmayaraq əməyin mühafizəsi üzrə təlimatlandırılması

və s. daxildir.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://azpost.info
archiveBu xəbər 25 Yanvar 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see778

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see742

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see737

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see534

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see527

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see496

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see392

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see380

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see368

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see355

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see338

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see331

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see287

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see279

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see261

Azərbaycan Kuboku: 2 oyuna 18 qol

07 Oktyabr 2026 18:11see244

Onun Azərbaycanla əlaqəsi yoxdur Alman kəşfiyyatı

07 Oktyabr 2026 18:13see244

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

07 Oktyabr 2026 18:16see240

Arteta Arsenal la müqaviləsini uzatdı maaşı da bəlli oldu

07 Oktyabr 2026 18:14see240

Qızılın qiyməti avqustun əvvəlindən ilk dəfə 4 100 dollardan aşağı düşüb

07 Oktyabr 2026 17:35see226
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri