Icma.az
close
up
RU
ABŞ ın region siyasətində Azərbaycan xüsusi yer tutur ŞƏRH

ABŞ ın region siyasətində Azərbaycan xüsusi yer tutur ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 fevral, AZƏRTAC

Cənubi Qafqaz regionu geosiyasi mövqeyi, enerji resursları və nəqliyyat imkanları baxımından beynəlxalq aktorların diqqət mərkəzində qalmaqda davam edir. ABŞ-ın region siyasətində Azərbaycan xüsusi yer tutur. Bu, ilk növbədə Azərbaycanın strateji coğrafi mövqeyi, zəngin enerji ehtiyatları, həmçinin regional sabitlik və əməkdaşlıq proseslərində oynadığı rol ilə bağlıdır.

Bunu AZƏRTAC-a açıqlamasında Kocaeli Heydər Əliyev mədəniyyət mərkəzinin sədri, siyasi ekspert Bilal Dündar bildirib.

Onun sözlərinə görə, Azərbaycan ABŞ üçün Cənubi Qafqazda etibarlı tərəfdaşlardan biri hesab olunur.

“Müstəqilliyin ilk illərindən etibarən iki ölkə arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq və təhlükəsizlik sahəsində münasibətlər ardıcıl inkişaf edib. Vaşinqton regionda sabitliyin qorunması, enerji təhlükəsizliyinin təmin olunması və yeni nəqliyyat marşrutlarının formalaşması baxımından Azərbaycanla əməkdaşlığa mühüm önəm verir. Enerji faktoru Azərbaycan-ABŞ münasibətlərində əsas istiqamətlərdən biridir. Xəzər hövzəsinin enerji resurslarının dünya bazarlarına çıxarılması məqsədilə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, eləcə də Cənub Qaz Dəhlizi kimi irimiqyaslı layihələr ABŞ tərəfindən daim dəstəklənib. Bu layihələr Avropanın enerji mənbələrinin şaxələndirilməsi və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Azərbaycanın tranzit ölkə kimi rolu da ABŞ-ın iqtisadi maraqları sırasında mühüm yer tutur. Şərqlə qərbi birləşdirən nəqliyyat dəhlizlərinin, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı qlobal ticarətin alternativ istiqamətlər üzrə genişlənməsinə şərait yaradır. Azərbaycanın müasir liman infrastrukturu, dəmir yolu şəbəkəsi və logistika imkanları bu prosesdə ölkənin rolunu daha da gücləndirir”, - deyə B.Dündar vurğulayıb.

Ekspert bildirib ki, ABŞ şirkətləri uzun illərdir Azərbaycanın enerji sektorunda aktiv iştirak edir. Son dövrlərdə isə əməkdaşlıq qeyri-neft sahələrinə – bərpaolunan enerji, informasiya texnologiyaları, kənd təsərrüfatı, logistika və xidmət sektorlarına doğru genişlənməkdədir: “Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi strategiyası xarici investisiyalar, o cümlədən ABŞ kapitalı üçün yeni imkanlar yaradır. Siyasi və təhlükəsizlik sahəsində əməkdaşlıq da münasibətlərin mühüm istiqamətlərindəndir. Terrorizmlə mübarizə, regional sabitliyin qorunması, humanitar və təhsil proqramları çərçivəsində tərəflər arasında qarşılıqlı fəaliyyət davam edir. Bu əməkdaşlıq regionda etimad mühitinin formalaşmasına və uzunmüddətli sabitliyə töhfə verir. Ümumilikdə, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz siyasətində həm enerji tərəfdaşı, həm strateji tranzit ölkə, həm də regional sabitlik aktoru kimi çıxış edir. Mövcud əməkdaşlıq potensialı gələcəkdə enerji keçidi, rəqəmsal iqtisadiyyat, yaşıl texnologiyalar və nəqliyyat-logistika sahələrində Azərbaycan-ABŞ münasibətlərinin daha da dərinləşməsi üçün geniş imkanların mövcud olduğunu göstərir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Fevral 2026 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see549

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see408

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see275

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see272

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see263

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see260

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see246

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see234

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see233

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see233

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see226

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see226

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see222

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see221

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see216

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see189

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see183

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see181

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see178

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri