Icma.az
close
up
RU
ABŞ İran atəşi nəyi necə yandıracaq?

ABŞ İran atəşi nəyi necə yandıracaq?

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu, baş verərsə, İrana qarşı hücum həyata keçirilərsə, İran da tez-tez dilə gətirdiyi “sarsıdıcı qisas”a əl atacaq, İsrail ilə ABŞ-nin hərbi obyektlərinə raket zərbələri endirəcək. Raket zərbələrinin Yaxın Şərqdə ABŞ bazalarının yerləşdiyi yerlərdəki mühüm infrastruktura da tuşlanacağı istisna deyil. Beləliklə, “qisas zənciri” daxilində İsrailin taktiki nüvə silahını işlətməsi, ardınca İranın öz “raket sahəsi”ni genişləndirməsi regionda eskalasiya ilə nəticələnək.
Nüvə silahına əl atılsa da, atılmasa da, belə bir müharibə fonunda neftin qiyməti kəskin artacaq, strateji Hörmüz boğazından keçən ticarət gəmilərinin fəaliyyəti dayanacaq. Sözün qısası, qlobal iqtisadiyyat sarsılacaq. Belə bir vəziyyət xüsusən də Yaxın Şərqin neftindən asılı ölkələrə ağır zərbə vuracaq.

Müharibə başlayarsa, İran ABŞ-nin İraqdakı hərbi bazalarını, şübhəsiz ki, bombalayacaq. İraqın iranyönümlü Xalq Səfərbərlik Qüvvələri (“Həşdi-Şəbi”) təqribən 2500 ABŞ hərbçisini əsir götürməyə cəhd göstərəcəklər. Onları hissə-hissə müxtəlif ərazilərə paylamaqla ABŞ-nin xilas əməliyyatını çətinləşdirəcək, eyni zamanda, əsirləri gələcəkdəki mümkün danışıqlarda sövdələşmə predmetinə çevirəcəklər.
Tramp: "İranla əlaqədar qərarı tezliklə verəcəyik"
Belə bir müharibədən bir çox Yaxın Şərq ölkəsinin ziyan görməsi labüddür. Bu baxımdan İran Bəhreyn Neft Şirkətinin gündə 270 min barel neft buraxan emal zavoduna, habelə dəniz terminalına, 14 milyon barel neftin saxlandığı anbarlara zərbə endirə bilər. Hücum fonunda Bəhreyndəki şiələr ayaqlanacaq. Səudiyyə Ərəbistanı iğtişaşı yatırmaq məqsədilə Kral Fəhd körpüsündən (iki ölkəni birləşdirən yeganə quru yolu) qoşun göndərməyə çalışacaqsa da, İran “çağırılmamış qonaqlar”ın qarşısını almaqdan ötrü, yəqin ki, həmin körpünü də sıradan çıxaracaq.
İordaniya da İranın hücumundan təsirsiz ötməyəcək. Keçən il İranı bombalayan İsrail qırıcılarının öz ərazisindən qalxmasına icazə verən İordaniya bu hərəkəti təkrarlayarsa, Tehranın qəzəbinə tuş gələcək. İranın bu ölkədəki hərbi-strateji obyektlərlə yanaşı “Əz-Zərqa” neft emalı zavodunu vurması da mümkündür. İordaniya əhalisinin əksəriyyəti fələstinlilərdir. Hökumətin İsraillə əməkdaşlığından, onsuz da, cana yığılan əhali hücumlar nəticəsində üsyana qalxacaq.
Mümkün müharibə fonunda Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) mövqeyi, vəziyyəti daha həssasdır. İran BƏƏ-nin əsasən enerji infrastrukturu, elektrik stansiyalarını bombalaya bilər. Nəzərə alsaq ki, əhalisinin təqribən 88%-i xarici işçilərdir, deməli, onlar ilk hücumlar əsnasında ölkədən qaçıb getsələr, BƏƏ-nin iqtisadiyyatı çökəcək.
İranın, yəqin ki, zərbə endirməyəcəyi yeganə ölkə Omandır. Çünki Oman, uzun illərdir ki, öz xarici siyasətində neytraldır, habelə Tehranla münasibətləri qaydasındadır. Ona görə də ABŞ-nin İrana qarşı hərbi əməliyyatına, çətin ki, dəstək versin. Qətərdə isə ABŞ Mərkəzi Komandanlığına məxsus “Əl-Üdeyd” aviabazası yerləşdiyi üçün bu ölkə İranın raketlərinə hökmən tuş gələcək.
Ər-Riyad ABŞ-nin hərbi əməliyyatlarına qoşularsa, İranın raketləri, çox güman ki, Səudiyyə Ərəbistanının səmasında da “parıldayacaq”. Hərçənd Rusiya və Çin bu iki ölkəni barışdırmağa çalışır, ancaq Tehran bu barışıq prosesini heçə sayacaq.

İranın, eyni zamanda, bir ucu Bəndər-Abbas limanına düşən “Şərq-Qərb” neft kəmərini vuracağı da istisna deyil. (Bu kəmər 1982-ci ildə Fars körfəzindən “yan keçmək” üçün tikilib; Avropaya gündə 3 milyon bareldən artıq neft ötürür). Bu çərçivədə Səudiyyə Ərəbistanının qərbində – Yənbu şəhərində Qərb şirkətləri ilə müştərək işlədilən liman, neft emalı zavodu və ixrac terminalları Tehrana məxsus raketlərin ilkin hədəfinə çevriləcək. Beləliklə, həm bu nöqtənin, həm də Hörmüz boğazının eyni vaxtda bağlanması, Qırmızı dənizdə ticarət gəmiçiliyinin dayanması gündə təqribən 5 milyon barel neftin ixracını donduracaq.
Nəticədə dünya bazarında bir barel neft 200 dollaradək bahalaşacaq. Eyni zamanda, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtması fonunda ucuzlaşan birjalar daha da ucuzlaşacaq. Görünür ki, İranın məqsədi də, əslində, ABŞ birjalarının sarsılmasıdır. 1929-cu ildə – Böyük böhranın başlanğıcında amerikalıların yalnız 2,5%-i səhmlərə malik idi. Bu gün isə təqribən 160 milyon insanın (əhalinin 60%-dən çoxu) şəxsi bank hesabları, pensiya proqramları və ya pensiya planları var. Şirkətlər, universitetlər, xarici təşkilatlar birjaya trilyonlarla dollar həcmində sərmayə qoyur. Qırmızı dənizdən gələn “dalğa” ABŞ-ni dərindən çalxalayacaq, birjalar çökəcək, şəxsi hesablar və pensiya əmanətləri puça çıxacaq.
Bu mənzərənin hansı dərəcədə ağrılı görünəcəyi, əlbəttə, İranın zərbəsinin gücündən asılıdır. İqtisadiyyat sarsıldıqca şirkətlərdə ixtisar başlayacaq, iflas meydana gələcək, kreditləşmə artacaq. İstehlak xərclərinin azalması ABŞ-də mənzil bazarını 2008-ci ildəki kimi böhrana sürükləyəcək.
ABŞ-nin İrana qarşı hərbi əməliyyatı, böyük ehtimalla, əks nəticə verərsə, bu, ölkədəki siyasi vəziyyəti də dəyişdirəcək. Demokratlar Partiyası Konqresin hər iki palatasını geri alacaq.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Aprel 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri