Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

ABŞ İran danışıqları bərpa ediləcəkmi?

ABŞ İran danışıqları bərpa ediləcəkmi?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

İyulun 7-də Hörmüz boğazında üç ticarət gəmisinin hücuma məruz qalmasından sonra ABŞ-la İran arasında pozulan atəşkəs qarşılıqlı hücumlara çevrildi. Bugünlərdə isə hücumların dayandırıldığı və tərəflərin danışıqlar masasına qayıdacağı barədə nikbin fikirlər səslənir. Tərəflərin ziddiyyətli açıqlamaları isə bu nikbinliyi şübhə altına alır. 

Xatırladaq ki, avqustun 1-də ABŞ Dövlət Departamenti Yaxın Şərqdəki amerikalılara bölgəni tərk etməyi düşünməyi və ya eskalasiya baş verərsə, getməyə hazır olmaları barədə geniş xəbərdarlıq etmişdi. Dövlət Departamenti həmçinin regiondakı vətəndaşlarına ehtiyatlı olmaq və sayıqlığı artırmaq, uçuşların ləğvinə, hava məkanının vaxtaşırı bağlanmasına və potensial səyahət pozuntularına hazır olmaqla bağlı xəbərdarlıqlarını yeniləyib. Bildirilirdi ki, Yaxın Şərqə səyahət etməyi planlaşdıran ABŞ vətəndaşları ciddi şəkildə yenidən düşünməlidirlər. Yeni səyahət xəbərdarlığının Vaşinqtonun ötən həftəsonu İrana yeni zərbələr endirəcəyi və Tehranın Amerika hərbi bazalarının yerləşdiyi ölkələrə qarşı daha çox hücumlar hədələdiyi ilə bağlı xəbərlərlə əlaqədar idi.

Vaşinqton hücumları niyə dayandırıb?

Lakin region ölkələrinin müraciətindən sonra Vaşinqton bu hücumu təxirə salıb. Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud avqustun 1-də ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı bu ölkənin İrana qarşı yeni və güclü zərbələr endirmək planlarından narahatlığını bildirib. O, Donald Trampdan hücumlardan çəkinməsini istəyib. Həmçinin, Qətərdən olan vasitəçilər də avqustun 1-də İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ-ın xüsusi elçisi Stiv Uitkoff və Oman nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Qətər tərəfi Hörmüz boğazında normal gəmiçiliyin bərpası ilə bağlı razılığa gəlməyə ümid edib. Prezident Donald Tramp avqustun 2-də bildirib ki, ABŞ ən güclü səviyyədə İrana qarşı hücuma hazır vəziyyətdədir: “Buna baxmayaraq, İran və digər Yaxın Şərq ölkələri razılaşma olduğu üçün bizdən hücumu dayandırmağımızı istədilər. Buraya Hörmüz boğazının dərhal və tam açılması, həmçinin İranın nüvə təhdidinə son qoyulması daxildir. Dünyanın gələcəyinin xeyrinə və eyni zamanda, uğurlu və çiçəklənən İran üçün tez bir zamanda razılaşma əldə etmək şərti ilə hücumu ləğv etməyə razı oldum. İsrail də bu öhdəliyə qoşulur”. Trampdan xahiş edən Yaxın Şərq ölkələri konkret olaraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdir.

Tehran isə təkzib edir

ABŞ Prezidenti vurğulayıb ki, razılaşmanın əldə olunmasına üstünlük verir: “Mən insanların öldürülməsini xoşlamıram”. Ağ Evin rəhbəri İranla danışıqların avqustun 3-də günortadan sonra keçiriləcəyini desə də, bu danışıqlar baş tutmayıb. İran belə bir danışıqların baş tutmasını təkzib edib. Trampın məlum açıqlamasından sonra İran Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ ilə danışıqlar aparılmır və strateji su yolundan təhlükəsiz naviqasiyanı təmin etmək məqsədilə Hörmüz boğazında müvəqqəti marşrut yaratmaq üçün Omanla müzakirələr davam edir. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Tehranın Maskat ilə danışıqlarının strateji su yolundan müvəqqəti gəmiçilik marşrutu yaratmağı hədəflədiyini deyib. XİN sözçüsü bildirib: “Omanla hazırkı müzakirələrimiz Hörmüz boğazında gəmilərin təhlükəsiz keçidini təmin etməyə yönəlib. Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin edə bilmək üçün Omanla əməkdaşlıq şəraitində mümkün qədər tez vaxtda müvəqqəti marşrut yaratmaq üçün çalışırıq”. Bəqai, həmçinin Tehran ilə Vaşinqton arasında danışıqlar barədə məlumatları təkzib edərək söyləyib ki, Hörmüz boğazındakı vəziyyət ABŞ-ın təcavüzkar hərəkətlərinin və blokadasının davam etdiyi müddətcə dəyişməyəcək.

Pakistan hökumət mənbələri də avqustun 3-də bildirmişdilər ki, ABŞ ilə İran arasında aylarla davam edən müharibəyə son qoymaq məqsədilə uzun müddətdir dayandırılmış birbaşa danışıqların bərpası üçün hələlik heç bir tarix və ya məkan müəyyən edilməyib. “Anadolu” agentliyinin İslamabad bürosunun məlumatına görə, Pakistanın XİN rəsmisi bunu ABŞ Prezidenti Donald Trampın İranla yeni danışıqların avqustun 3-də günortadan sonra başlayacağı barədə verdiyi açıqlamaya cavab olaraq bildirmişdi. Onun sözlərinə görə, Pakistan və Qətər vasitəçiləri birbaşa danışıqların bərpası üçün tarix və məkanı dəqiqləşdirmək məqsədilə Vaşinqton və Tehranla əlaqə saxlayırlar. Mənbə əlavə edib ki, İslamabad və Doha danışıqlar üçün potensial məkanlar arasındadır. Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin danışıqların bərpası ilə bağlı məsələləri müzakirə etmək üçün Tehrana səfər edəcəyi də gözlənilir.

Pakistan rəsmisi bildirib ki, bu həftə danışıqların bərpası ilə bağlı müsbət irəliləyişlər gözlənilir. Belə ki, hər iki tərəf İslamabad Anlaşma Memorandumu çərçivəsində birbaşa danışıqları bərpa etmək üçün vasitəçilərlə mesaj mübadiləsi aparıb.

Belə ziddiyyətli açıqlamalardan sonra ABŞ Prezidenti İranı ikiüzlülükdə ittiham edib. Tramp bildirib ki, İran tərəfi görüşmək istəyir, danışıqlar başlayır, yaxın gələcəkdə daha çox danışıqlar planlaşdırılır. Daha sonra heç bir müzakirə aparmadıqlarını deyirlər. Onun sözlərinə görə, İran Hörmüz boğazını idarə etdiyini desə də, o, artıq ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tamamilə nəzarətdədir. “Razılaşma və ya tam təslim olmadıqca İrana heç nə keçməyəcək. İran bunu etiraf etmək istəsə də, istəməsə də, əslində, onilliklərdir onların yaratdığı problemin həllindən danışırıq”,- deyə Tramp əlavə edib.

İran nümayəndələri İslamabada dəvət olunub

Ağ Ev rəhbəri Tehranla danışıqların davam etdiyini də söyləyib: “Bu, yaxşı bir sənəd imzalamaq üçün onların son şansıdır. Danışıqlar bu və ya digər istiqamətdə sürətlə gedəcək. Burada mürəkkəb heç nə yoxdur. Biz Hörmüz boğazının tamamilə açılmasını danışırıq. Bu, birinci mərhələdir və ikinci mərhələdə nüvə silahı haqqında danışacağıq. Biz bu məsələdə çox güclüyük, onların nüvə silahı ola bilməz”.

Pakistan isə ötən gün İranın yüksəksəviyyəli nümayəndələrini ABŞ ilə dayandırılmış birbaşa danışıqların bərpası və diplomatik səylərin müzakirəsi üçün ən qısa zamanda İslamabada səfərə dəvət edib. Xarici işlər naziri İshaq Dar iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı əsnasında regional və beynəlxalq məsələləri müzakirə edib. İranlı nazir Hörmüz boğazında naviqasiyanın bərpası üzrə Tehran və Maskat arasında aparılan danışıqlar barədə Pakistanın xarici siyasət idarəsinin rəhbərinə məlumat verib. Bununla yanaşı, Pakistan Milli Məclisinin sədri Ayaz Sadiq Tehranın baş müzakirəçisi Baqer Qalibafı Pakistana səfərə dəvət edib. Lakin İran rəsmilərinin İslamabada səfərinin vaxtı ilə bağlı dəqiq məlumat yoxdur.

N.BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Avqust 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri