Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Röya tanınmaz obrazda (Foto/Video)

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Baş idarə rəisinə yeni rütbə verildi

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

“ABŞ İran danışıqlarının uzanmasının əsas səbəbkarı Trampdır” Əfşar Süleymani

“ABŞ İran danışıqlarının uzanmasının əsas səbəbkarı Trampdır” Əfşar Süleymani

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Netanyahu Trampı memorandumdan yayındırmağa çalışacaq” “Tramp Konqres seçkilərindən sonra İrana qarşı hücumları bərpa edə bilər”

ABŞ və İran arasındakı danışıqlar uzandıqca, Yaxın Şərqdə yeni müharibə dalğası mövcudluğunu qorumağa davam edir. Tərəflərin nümayəndə heyyəti ən son iyulun 2-də Dohada Pakistan və Qətərdən olan vasitəçilərlə ayrı-ayrı görüş keçiriblər.

Görüşün müsbət keçdiyi deyilsə də, SEPAH Hərbi dəniz qüvvələrinin yeni komandanı Əli Ozmai mərhum ali dini lider Əli Xamneinin ölümünə görə, ABŞ və İsraildən qisas alacağını açıqlayıb. ABŞ prezidenti Donald Tramp isə böhranın ya razılaşma, ya da radikal sonluqla həll ediləcəyini bəyan edərək, İrana açıq təhdid mesajı göndərib. Bu detallar yeni müharibə dalğasının başlaya biləcəyi ehtimalını gücləndirib. Ziddiyyətlərə baxmayaraq, tərəflər arasında dialoq qapısı hələ də açıqdır. Hazırda İran və ABŞ nümayəndələri arasında danışıqların növbəti raundunun iyulun 11-də Pakistanda keçiriləcəyi bildirilir. 

İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-ın suallarını cavablandırıb:

- Əfşar bəy, hazırda ABŞ və İran arasında gedən danışıqları necə qiymətləndirirsiniz?

- Hörmüz boğazı və Livan məsələləri ilə bağlı fikir ayrılıqları hələ də aradan qalxmayıb. Baxın, Tramp və Netanyahunun müttəfiq olduğu hamıya bəllidir. Trampın İranla imzaladığı memorandumun ilk bəndində Livana endirilən hücumun dayandırılması tələb olunur. Tərəflər bu bənd üzrə razılığa gəliblər. Ancaq İsrail müttəfiqi ABŞ-nin imzaladığı sənədi heçə sayaraq, Livana hücumları davam etdirir. Yəni burada bir qəbahətli axtarırıqsa, Trampa baxmalıyıq. 

- Müharibənin ən şiddətli yerində Trampın hücumları dayandırıb, danışıqlar yoluna üz tutmasına səbəb nə ola bilər?  

- Tramp iki səbəbə görə müharibəni dayandırmağa məcbur qaldı. Birincisi neft və digər zəruri ehtiyacların bahalaşması ilə əlaqədardır. Digər səbəb isə ABŞ daxilində Trampın reytinqinin düşməsinə söykənir. Amerikada Trampı dəstəkləyənlərin payı 27 faizə enib. Əgər Tramp müharibəni dayandırmasaydı, noyabrın 3-də keçiriləcək Konqres seçkilərində respublikaçıların məğlub olmaq ehtimalı daha yüksək olacaqdı. 

- Ali rəhbərin dəfn mərasimində, Kəşfiyyat Nazirliyi şəhidlərin qanını yerdə qoymayacaqlarını bildirib. Diqqətçəkən digər məqam isə Müsəlla məscidinin günbəzində dalğalandırılan qisas bayrağı olub. Bütün bunlar İranın müharibəyə hazırlaşdığından xəbər verir?

- Mərhum rəhbərin dəfni zamanı qisas çağırışlarının səsləndirilməsi normal haldır. Heç bir ölkənin müstəqil dövlətin ali rəhbərini öldürməyə haqqı yoxdur. Beynəlxalq Cinayət Məhkəməsi İranın əsas simalarının və mülki əhalinin qətlinə səbəb olan Tramp və Netanyahunu cəzalandırmalı idi. Əfsuslar olsun ki, Beynəlxalq Cinayət Məhkəməsinin yalnız adı var. Ədaləti bərpa etmək missiyası yalnız İranın üzərinə qalıb. 

- İyulun 11-də Pakistanda keçiriləcək növbəti ABŞ-İran danışıqlarından gözləntiləriniz nələrdir?

- Tərəflər arasında imzalanan memoranduma əsasən İran Hörmüz boğazında beynəlxalq gəmiçiliyin rüsumsuz və maneəsiz həyata keçirilməsini təmin etməyi öhdəsinə götürüb. İran və Oman boğazda təhkükəsizliyi və nəzarəti aralarında bölüblər. Ancaq ABŞ Omana təzyiq göstərir. Vaşinqton Omanın ərazi sularında hərbi dəniz qüvvələrini yerləşdirməyə çalışır. Rəsmi Tehran bunun qarşısını aldı. Əgər tətəflər Pakistanda keçiriləcək görüşədək, Livan və Hörmüzlə bağlı fikir ayrılıqlarını həll etməsə, bu dəfəki danışıqlar da nəticəsiz qalacaq.

-Sizcə, Livan və İsrail arasında imzalanan saziş bölgənin taleyini həll edə biləcək? 

- Onların imzaladığı sazişdə də Livanın cənubundan İsrail qoşunlarının çıxarılması tələb olunur. ABŞ və İsrail bu tələblə razılaşsa da, İsrailin hücumlarının ardı-arası kəsilmir. Görünən odur ki, ABŞ-İran və İsrail-Livan arasında imzalanan sənəd yalnız kağız parçasından ibarətdir. Onlar öz imzalarına belə hörmət etmirlər. Əksinə, bu razılaşma bölgədə sülhə yol açmaqdan çox, İsrailin Livan istiqamətində hərbi addımlarını genişləndirməsi üçün zəmin yarada bilər.

- Danışıqların nəticəsiz qalmasında və yekun sülhə gedən yolun uzanmasında hansı tərəfi təqsirkar bilirsiniz? 

- Fikrimcə yekun sülh müqaviləsinə gedən yolu uzatmağın arxasında başqa məqamlar dayanır. Danışıqların ləng irəliləməsində səbəbkar Trampdır. Doğrudur, vaxtın uzanması İranın da xeyrinədir. Bunun sayəsində rəsmi Tehran hərbi və daxili idarəetmədə yaranan boşluqları aradan qaldırmağa çalışır. Tramp da atəşkəsi uzatmaqla, neftin qiymətlərini balanslaşdırmağı və siyasi nüfuzunu geri qaytarmağı hədəfləyib. O, süni fikir ayrılıqlarını konqres seçkilərinə qədər uzadıb, qalibiyyət qazandıqdan sonra yenidən İrana qarşı hücumları bərpa etməyi planlaya bilər. İran tərəfi danışıqlarda heç bir əngəl törətmir. Əgər ABŞ danışıqlar ərəfəsində İsrailin yanlış qiymətləndirmələrinin təsiri altında İrana qarşı hərbi addım atmasaydı, nüvə proqramı və sanksiyalar rejimi ilə bağlı problemlər çoxdan həllini tapacaqdı.

- Tramp və Netanyahu yaxın günlərdə ABŞ-də görüşməyi planlayır. Görüşdə əsas diqqətin hansı məsələlər üzərində cəmlənəcəyini düşünürsünüz?

- Netanyahu Trampa əbəs yerə görüşmür. O, Trampı imzalanan memorandumun şərtlərindən yayındırmağa çalışacaq. Əslində Trampın İsraillə eyni cəbhədə dayanmasının arxasında fərqli arqumentlər var. Deyilənə görə, Trampın Epşteyn işi ilə bağlı materialları Netanyahunun əlindədir. Məhz buna görə İsraillə müharibəyə ortaq olmaq məcburiyyətində qalıb. Artıq Trampın Netanyahunun şantaj və vədlərinə aldanacağını düşünmürəm. Çünki müharibə İrandan daha çox ABŞ-yə və Trampa zərər verirdi.

- ABŞ müharibənin səbəbi kimi İranın nüvə proqramının inkişafını önə çəkir. Sizcə, bu yanaşma nə dərəcədə əsaslıdır?

- ABŞ-nin xarici kəşfiyyat xidməti olan CIA və Beynəlxalq Atom Enerjisi Agentliyi dəfələrlə Trampa İranın nüvə silahı istehsal etdiyinə dair hər hansı sübuta malik olmadıqlarını bildiriblər. Tehranın uranı zənginləşdirməyəcəyi ilə bağlı vədlərinə ABŞ və İsrailin etimad göstərməməsi, İran daxilində bəzi qüvvələr arasında nüvə silahı əldə etməyin zəruriliyi düşüncəsini gücləndirir. Əsrlər boyu Amerikanın gücü çox şişirdilirdi. İranla müharibə onların real potensialını üzə çıxardı. Tramp fars körfəzində yerləşən hərbi bazaları belə qoruya bilmədi. Artıq Avropa ölkələri də ABŞ-dən asılılığı azaltmağa başlayıb. Yəni, Tramp maraqları naminə uğur qazanmaq istəsə də aləmi bir-birinə qatmaqdan başqa heç nə bacara bilmir. İranda istədiklərinə çata bilmədi. İndi də Tayvan haqqında planlar qurmağa başlayıblar. İnanın ki, o bu məsələdə də tərəddüt edir. Çünki özləri də Amerikanın hərbi potensialına və idarəetmə sisteminə şübhə ilə yanaşmağa başlayıblar.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 İyul 2026 21:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see350

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see340

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see337

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see333

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see318

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see270

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see270

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see257

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see244

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see220

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see219

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see215

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see214

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see213

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see212

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see208

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see198

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see195

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri