ABŞ İranla əlaqəli şəxslərə və şirkətlərə sanksiyalar tətbiq etdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ İranın neft və neft-kimya sənayesi, eləcə də İran neftinin nəqli ilə məşğul olan şəxslərə və şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin saytında müvafiq bəyanat dərc olunub.
Belə ki, Dövlət Departamenti İran nefti və neft-kimya məhsullarının ticarəti ilə məşğul olan səkkiz təşkilata qarşı sanksiyalarla çıxış edib. Sanksiyalar həmçinin İran neftinin daşınması ilə məşğul olan Surinam, Hindistan, Çin və Malayziyadan olan 22 nəfərə və 13 nəqliyyat şirkətinə aid gəmilərə də şamil edilib.
Departamentdən qeyd edilib ki, İran rejimi özünün nüvə təhlükəsi və ballistik raket proqramı ilə qlobal təhlükəsizliyi pozmağa davam edir, buna görə də ABŞ sanksiyalar tətbiq edilməsi üçün müvafiq tədbirlər görüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 25 Fevral 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















