ABŞ İrana nüvə yanacağı tədarükünün mümkünlüyünü açıqlayıb
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 14 sentyabr, AZƏRTAC
ABŞ İran uran zənginləşdirilməsindən imtina edərsə, bu ölkəyə xaricdən nüvə yanacağı tədarük edə bilər.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt “Bloomberg”ə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həllinə üstünlük verir. Bununla yanaşı, ABŞ hərbi əməliyyatlara da hazırdır.
Qeyd edək ki, mart ayında ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Tehrana nüvə yanacağı tədarükü müqabilində uranın zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif etmişdi.
Bu mövzuda digər xəbərlər:Kris Rayt: ABŞ İrana nüvə yanacağı tədarük etməyə hazırdır
13 Sentyabr 2026 23:27
ABŞ İrana daimi və pulsuz nüvə yanacağı tədarükü təklif edib
01 Mart 2026 02:25
ABŞ İrana zərbənin təfərrüatlarını açıqlayıb
22 İyun 2025 22:03
“İrana pulsuz nüvə yanacağı təklif etdik” Danışıqların təfərrüatı
05 Mart 2026 04:51
ABŞ İrana qarşı yeni sanksiyalar açıqlayıb
29 İyul 2026 23:40
Baxış sayı:194
Bu xəbər 14 Sentyabr 2026 04:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















