Icma.az
close
up
RU
“Süni örtük rəqiblərə mane olur” Perkons

“Süni örtük rəqiblərə mane olur” Perkons

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Misli Premyer Liqasının XI turunda doğma meydanda “Sumqayıt”la heç-heçə edən (0:0) “İmişli”nin müvəqqəti baş məşqçisi Ervins Perkons oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

“Futbolpress.az” xəbər verir ki, latviyalı mütəxəssis ilk növbədə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik etdi, daha sonra qarşılaşman dəyərləndirdi:

– Bərabərsəviyyəli oyun keçdi. İlk hissə tam istədiyimiz, planlaşdırdığımız kimi alınmasa da, ikinci yarıda daha yaxşı çıxış etdik. Real qol epizodlarımız çox olmasa da, müəyyən imkanlar yarada bildik, xüsusilə son 15-20 dəqiqəni qeyd etmək istərdim. Düzdür, nəticə istədiyimiz kimi olmadı, amma ümumilikdə heç-heçənin ədalətli nəticə olduğunu və futbolçularımın nümayiş etdirdiyi oyundan razı qaldığımı deyə bilsəm də, xal itkisi sevindirici deyil.

– Bəxtiyar Həsənalızadə zədələnərək meydanı erkən tərk etdi. Zədənin durumu nə yerdədir? İlk dəfə start heyətdə şans qazanan Mehdi Tahirov və Faxardo Fernandesin çıxışını necə qiymətləndirirsiniz?

– Bəxtiyarın zədələnməsi bizim üçün böyük itkidir. Lakin onun yerinə meydana daxil olan Dieqo Rollo öyrəşmədiyi mövqedə oynamasına baxmayaraq, çox yaxşı iş gördü. Mehdi Tahirova ilk dəfə sağ cinah müdafiəçisi kimi şans verdik, aktiv idi, hücumlara qoşulurdu və duellərdən qalib ayrılırdı. Həmişə demişəm ki, ehtiyatda qalan oyunçular şans qazanacaqları an üçün hazır olmalıdırlar, çünki mövsüm uzundur və zədələr ola bilər. Faxardo da ilk dəfə əsas heyətdə idi. Yaxşı və pis məqamları oldu. Potensialının təxminən 60-65%-ni göstərdi, amma inkişaf üçün həmişə yer var. Onların startda yer alması həm də planımızın bir hissəsi idi ki, ikinci hissədə əvəzetmələrlə oyunu daha da gücləndirək.

– Rəhbərliyiniz altında komanda evdə uduzmur. Rəqiblərin bu stadionda qalib gələ bilməməsinin səbəbi nədir? Növbəti turda “Zirə” ilə matçdan gözləntiləriniz nədir?

– Uğurlu nəticələr şəxsən mənim yox, futbolçuların əməyidir. Həm məşqlərdə, həm də matçlarda onların yüksək motivasiyasını görmək olur. Qələbələrə görə onlara və uzaq yol qət edib bizi dəstəkləyən azarkeşlərimizə minnətdarıq. Digər tərəfdən, rəqiblərin süni ot örtüyünə vərdiş etməməsi və uzun yol gəlmələri də müəyyən rol oynaya bilər. Əsas məsələ yanaşmadır. Əgər bu enerjini və səyi növbəti oyunlarda da saxlasaq, indidən böyük bir layihənin təməlini qoymuş olacağıq.

– 4 oyuna 7 xal toplamısınız. Qarşıda milli komandaların oyunları ilə bağlı fasilə gəlir. Baş məşqçi postuna rəsmi təyinatınız ehtimalı barədə nə düşünürsünüz?

– Yaxşı nəticə 4 oyuna 12 xal toplamaq olardı, bizim məqsədimiz də həmişə budur. Futbolçuların performansından razı olsam da, xal itkiləri ilə barışmıram. Rəsmi baş məşqçi təyinatıma gəlincə, bu sual daha çox klub rəhbərliyinə və prezidentə ünvanlanmalıdır. Mən Azərbaycanda olduğum ilk gündən komandanın uğuru üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 08 Noyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri