Icma.az
close
up
RU
ABŞ İranı diz çökdürə bilmir, İran da ABŞ ı dayandıra bilmir

ABŞ İranı diz çökdürə bilmir, İran da ABŞ ı dayandıra bilmir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Diplomatik təcrid dəyişib, regional mövqe də dəyişib
Əvvəlki qarşıdurmalardan fərqli olaraq bu dəfə beynəlxalq münasibətlər sistemində tamamilə yeni mənzərə yaranıb. Bir zamanlar ABŞ-nin İrana qarşı hərbi addımlarına sərt reaksiya verən bir sıra güclər və dövlətlər, xüsusən də Avropa, Türkiyə, Pakistan, Hindistan, Körfəz  və bölgə ölkələri indi daha ehtiyatlı davranır, bəziləri isə açıq şəkildə məsuliyyəti Tehranın üzərinə qoyur.
Körfəz ölkələrinin İranı qınayan birgə bəyanat qəbul etməsi təsadüfi deyil. Bu sənəd göstərir ki, ərəb dünyasının mühüm hissəsi artıq təhlükəni yalnız Vaşinqtonun siyasətində deyil, Tehranın regional strategiyasında da görür. Bu isə İranın illərlə formalaşdırdığı regional təsir mexanizmlərinin ciddi sınaq qarşısında qalması deməkdir.

Moskva və Pekin niyə səssizdir?

Ən diqqətçəkən məqamlardan biri də Rusiya və Çinin əvvəlki dövrlərdə olduğu kimi açıq siyasi mövqe nümayiş etdirməməsidir.
Bəli, hər iki ölkə İranın tam məğlub olmasını istəmir. Çünki Yaxın Şərq və Körfəz onların enerji, logistika və geosiyasi, geoiqtisadi maraqlarının mərkəzidir. Lakin onlar Vaşinqtonla birbaşa qarşıdurmaya da getmək istəmirlər.
Moskvanın hesablaması daha praqmatikdir. Kreml anlayır ki, Yaxın Şərqdə böhran nə qədər uzansa, Qərbin diqqəti Ukraynadan bir o qədər yayınacaq. Bu isə Rusiyaya müəyyən nəfəs almaq imkanı yarada bilər. Pekin isə əsasən enerji təhlükəsizliyi və ticarət marşrutlarının qorunması baxımından prosesləri diqqətlə izləyir. Ona görə də hər iki paytaxt açıq qarşıdurmadan yayınaraq hadisələri arxa plandan idarə etməyə çalışır.

Heç kim qalib deyil

Bugünkü reallıq göstərir ki, nə ABŞ, nə də İran həlledici hərbi üstünlük qazana bilir. Vaşinqton böyük hərbi üstünlüyə malik olsa da, İranın bütün regional təsir imkanlarını sıradan çıxarmaq iqtidarında deyil. Tehran isə ABŞ-ı regiondan çıxarmaq və ya strateji məğlubiyyətə uğratmaq gücünə malik deyil.

Belə vəziyyət klassik "tükəndirmə müharibəsi" modelini yaradır. Münaqişənin ən təhlükəli tərəfi də məhz budur. Qarşıdurma qələbə uğrunda deyil, qarşı tərəfi daha çox zəiflətmək uğrunda davam edir. Bu isə aylarla, hətta illərlə davam edə biləcək yeni regional müharibə riskini artırır.
İran yeni cəbhə açmağa çalışır
Tehran anlayır ki, ABŞ-la birbaşa hərbi yarışda üstünlük əldə etmək mümkün deyil. Ona görə də klassik İran strategiyası yenidən işə düşür, necə deyərlər münaqişənin coğrafiyasını genişləndirmək.

Husilərin aktivləşməsi, Qırmızı dənizdə gəmilərə hücumlar, Bab əl-Məndəb boğazında yaranan risklər bunun tərkib hissəsidir. Məqsəd sadədir: Vaşinqtonun hərbi və iqtisadi xərclərini artırmaq, enerji bazarında qeyri-müəyyənlik yaratmaq və ABŞ müttəfiqlərini əlavə təzyiq altında saxlamaq.

Savaşın əsas hədəfi

Bugünkü münaqişənin əsas hədəfi yalnız hərbi bazalar deyil. Əsas savaş dünya enerji arteriyalarına və  Cənub Dəhlizinə nəzarət uğrundadır. Hörmüz boğazı, Bab əl-Məndəb, Qırmızı dəniz və Körfəz marşrutları  qlobal enerji təhlükəsizliyinin əsas sütunu olmaqla yanaşı,  həm də dünyanın əsas dəhlizi olan Cənub Dəhlizi bu  coğrafiyadan keçir. Burada yaranan böhran təbii olaraq neft qiymətlərinin yüksəlməsinə səbəbə olmaqla bərabər, dünya iqtisadiyyatına əlavə inflyasiya təzyiqi yaradır və böyük dövlətlərin iqtisadi strategiyalarını dəyişdirir.

İran da məhz bu üstünlükdən istifadə etməyə çalışır. ABŞ isə bunu qəbul etmək niyyətində deyil. Deməli, qarşıdurmanın mərkəzində artıq nüvə proqramından daha çox enerji geosiyasəti dayanır.

Donald Tramp administrasiyasının ritorikası göstərir ki, Vaşinqton Tehran üzərində maksimum təzyiq strategiyasını davam etdirmək niyyətindədir. Lakin problem ondadır ki, hərbi təzyiq siyasi nəticə vermir. İqtisadi sanksiyalar İranı zəiflədib, amma rejimi çökdürməyib. Hərbi əməliyyatlar zərər vurub, lakin Tehranı geri addım atmağa məcbur etməyib. Bu isə Vaşinqtonu getdikcə daha riskli qərarlar qarşısında qoyur.

Böhranın coğrafiyası böyüdükcə risk də artır

Ən təhlükəli ssenari odur ki, münaqişə Hörmüzdən çıxaraq tam şəkildə Qırmızı dənizə və Bab əl-Məndəbə yayılsın. Tehranın da hazırda əsas hədəfi budur. Hörmüz boğazı kimi Bab əl-Məndəb də Tehran üçün əsas strateji təzyiq alətidir.  Tehran bu strateji vasitədən istifadə etməklə ABŞ-ni çəkindirmək və manevr imkanlarını genişləndirməklə bəzi üstünlüklər əldə etməyə çalışır. Belə olacağı təqdirdə artıq söhbət yalnız ABŞ və İrandan getməyəcək. Burada Çin və Rusiyanın strateji maraqları, hərbi mövcudluğu və qlobal ticarət marşrutları birbaşa təhlükə altına düşəcək. Bu isə lokal müharibəni böyük güclərin maraqlarının toqquşduğu daha geniş geosiyasi böhrana çevirə bilər.

Bugünkü mənzərə göstərir ki, ABŞ-İran qarşıdurmasının yaxın perspektivdə hərbi qalibi olmayacaq. Qalib gəlməyən müharibələr isə adətən daha uzun çəkir. Məhz buna görə də qarşıdakı dövrdə əsas təhlükə ayrı-ayrı hava zərbələri deyil, münaqişənin yeni regionlara yayılması, enerji marşrutlarının iflic olması və qlobal iqtisadi sistemə vurulacaq zərbədir.

Nə Vaşinqton, nə də Tehran geri çəkilməyə hazır görünmür
Bu isə Yaxın Şərqi yeni, daha mürəkkəb və uzunmüddətli geosiyasi qarşıdurmanın mərkəzinə çevirir. Əgər tərəflər siyasi çıxış yolu tapa bilməsələr, regionu qarşıdakı aylarda nə sülh, nə də sabitlik gözləyir. Əksinə, böhranın coğrafiyası genişləndikcə onun idarə olunması daha da çətinləşəcək.

Mürtəza Bünyadlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyul 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri