Icma.az
close
up
RU
ABŞ İranı vura bilərmi? Tarixdə hələ bunun bənzəri olmayıb

ABŞ İranı vura bilərmi? Tarixdə hələ bunun bənzəri olmayıb

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranı növbəti dəfə hədələyərək vura biləcəklərini deyib. Son günlər ABŞ-yə aid olan hərbi gəmirlərin İrana yaxınlaşması, eləcə də İrana yaxın olan ölkələrdəki ABŞ hərbi bazalarında döyüş təyyarələrinin sayının artırılması bu ehtimalı gücləndirir. 


Sfera.az bildirir ki, əgər ABŞ Trampın dediyi kimi İranı vurarsa, bu, tarixə düşəcək hadisə olacaq. Çünki son onilliklərdə ABŞ heç zaman İrana qarşı birbaşa hərbi müdaxilə həyata keçirməyib. 


Amerika indiyə qədər dolayı şəkildə, başqa dövlətlərin əli ilə İrana hərbi müdaxilələr edib.  Xüsusilə, 1979-cu ildən bəri bir neçə belə hadisə baş verib.


1979-cu ildə İran-İraq müharibəsinin baş verməsi, İranın hərbi və bəzi mülki obyektlərinə qarşı əməliyyatların həyata keçirilməsi məhz ABŞ-nin istəyi və dəstəyi ilə icra olunub. 


Bəs ABŞ Tramp hakimiyyəti dövründə İrana birbaşa hərbi zərbələr etdirə bilərmi? 

Politoloq Züriyə Əliyeva ABŞ-nin İrana hərbi güc tətbiq etməsi ilə bağlı bəyanatlarının daha çox siyasi və diplomatik təzyiq məqsədi daşıdığını qeyd edib. 


“Bu, ilk dəfə deyil ki, ABŞ İranla bağlı hərbi güc tətbiq etməyə hazır olduğunu bildirir. Biz artıq onilliklərdir, xüsusən də 1979-cu ildən bəri, İranın hakimiyyətində Amerikanın maraqlarına uyğun olmayan bir rejimin güclənməsindən sonra bu cür ultimatum və bəyanatların şahidi oluruq”, – deyə Əliyeva bildirib. 


Politoloq söyləyib ki, bu cür bəyanatlar adətən praktikaya keçmir və ciddi şəkildə həyata keçirilmir:

"Tramp administrasiyası da bu tendensiyanı davam etdirir. Obama dövründə 5+1 formatında İranla nüvə sazişi imzalanmışdı, amma Tramp hakimiyyətə gəldikdən sonra bu razılaşmanı pozdu.


İranın bu vəziyyətdə reaksiyası da xüsusi əhəmiyyət daşıyır. İran Trampın razılaşmalardan çıxdığını nəzərə alaraq bu cür ultimatumlardan çəkinməyəcəyini vurğulayıb. İran rəsmiləri bildirirlər ki, onlar hələ nüvə silahı əldə etməyiblər, amma əgər mübarizə davam edərsə və İranın qarşısına hər hansı bir təhdid qoyularsa, onlar nüvə silahını əldə edərək, düşmənlərinə qarşı istifadə edəcəklər".


Politoloq onu da söylədi ki, əgər hərbi qarşıdurma yaranarsa İran dünya iqtisadiyyatı üçün arzuedilməz addımlar ata bilər: "İran, Babülməndəb və Hörmüz boğazlarını bağlamaqla iqtisadi təlatümlərə səbəb ola bilər. Bu boğazlardan neft daşınması üçün istifadə olunur və onların bağlanması qlobal iqtisadiyyata böyük təsir göstərəcək".


Bəsti Rəfizadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 Aprel 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see341

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see334

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see329

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see326

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see312

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see308

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see304

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see299

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see288

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see287

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see275

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see261

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see257

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see232

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see232

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see229

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see224

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see211

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri