Icma.az
close
up
RU
Maarifləndirici və intellektual verilişlərin sayı artırılmalıdır RƏY

Maarifləndirici və intellektual verilişlərin sayı artırılmalıdır RƏY

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Televiziya proqramlarında çıxış edən sənət adamlarının davranışları cəmiyyətin daim diqqət mərkəzindədir. Xüsusilə də son vaxtlar efirdə etik normaların pozulması, aparıcıların və qonaqların kobud ifadələr işlətməsi, gərginlik və qalmaqal yaratmağa meyillilik kimi hallar tamaşaçılar arasında ciddi narazılıq doğurur. Bu cür situasiyalar media mühitinin etibarlılığına zərbə vurur, həm də geniş ictimai auditoriyaya mənfi təsir göstərir. Cəmiyyət televiziyadan daha çox maarifləndirici, səviyyəli və nümunəvi məzmun gözlədiyi halda, bəzi proqramların tələbatı reytinq xətrinə bayağılıqla əvəz etməsi problem olaraq qalır.

Məhz bu səbəbdən tamaşaçılar və media ekspertləri arasında “bu hallar necə aradan qaldırılsın?” sualı aktuallaşır.

Millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında məsələyə daha geniş baxmağın zəruriliyini vurğulayır. Onun fikrincə, təkcə televiziyaları qınamaqla problemi həll etmək mümkün deyil:

“Televiziya vaxtı və efiri səmərəli verilişlərlə doldurmalı, eyni zamanda cəmiyyətin tələbatına uyğun proqramlar seçməlidir. Bütün dünyada olduğu kimi, bizdə də geniş tamaşaçı kütləsinin müəyyən qismi bayağı mövzulara üstünlük verir. Reklam bazarı da məhz onların izlədiyi proqramları ön plana çəkir. Bu səbəbdən televiziya gəlir gətirən, maraq doğuran məzmunu daha çox efirə çıxarır və nəticədə şou, dedi-qodu tipli verilişlər əsas yer tutur”.

F. Mustafa hesab edir ki, mövcud şəraitdə televiziyaları yalnız tənqid etməklə çıxış yolu tapmaq qeyri-real görünür. Onun fikrincə, maarifləndirici, intellektual və alternativ verilişlərin sayının artırılması üçün real imkanlar yaradılmalıdır:

“Əgər bu imkan yaradılmasa, televiziya nə edə bilər? Hansısa verilişi qadağan etmək və ya bütövlükdə televiziyanı hədəfə almaq doğru yanaşma deyil. Onda gərək bütün günü ya hüznlü musiqilər, ya da yalnız şən kliplər yayımlansın və nəticədə yalnız bu cür kanallar populyarlaşsın”.

Millət vəkilinin sözlərinə görə, əsas məqsəd daha sağlam auditoriya formalaşdırmaq və cəmiyyətə faydalı müzakirələrin efirə çıxmasına şərait yaratmaqdır. Lakin o, təəssüflə bildirir ki, keyfiyyətli debatlar daha çox internet kanallarında aparılır:

“Bu gün sağlam, maarifləndirici müzakirələri internet platformalarında görürük, amma dövlətin rəsmi reyestrində olan televiziya şəbəkələrində deyil. Məsələyə geniş kontekstdə yanaşmaq lazımdır”.

Tanınmış telejurnalist Telli Pənahqızı isə məsələni daha sərt şəkildə qiymətləndirir. Onun fikrincə, əsas problem davranış etikasına əməl etməyən və özünü aparıcı adlandıran şəxslərin efirə buraxılmasındadır:

“Səviyyəsiz və tərbiyədən kasad aparıcıları işdən çıxarıb, efiri həm tamaşaçısına, həm də özünə hörmət etməyi bacaran insanlara etibar etmək lazımdır. İndi isə pul qazanmaq üçün nə istəyirlərsə, onu da edirlər. İstər söyüş söysünlər, istər saçyolduya çıxıb qalmaqal yaratsınlar – fərq etmir. Yeganə çıxış yolu bu cür "aparıcılardan" efiri təmizləməkdir”.

T.Pənahqızına görə, efirdə yaranan mənfi situasiyaların əsas səbəbi bəzən elə aparıcıların özləridir:

“Qonaq efirə sualı cavablandırmağa dəvət olunur. Ona normal, düşünülmüş sual verilsə, heç kəs efirdə ağzına gələni danışmaz. Bütün mənfi halların ‘memarı’ elə aparıcıların özləridir. Günah onlardadır: reytinq xətrinə hər şey etməyə hazırdırlar”.

Telejurnalist hesab edir ki, cəmiyyət efirdən maarif, bilgi, dəyər gözləyir. Tamaşaçılar hadisələri öyrənmək, sənət adamlarını tanımaq istəyir, kiminləsə bağlı dedi-qodunu yox:

“Heç kəsə kiminsə şəxsi həyatını müzakirə etmək ixtiyarı verilməyib. Azadlıq nə anarxiya, nə sərbəstlik, nə də həyasızlıq deməkdir”.

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 04 Dekabr 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri