Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Azərbaycanda İnstaqram və Tiktok işləmir

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

ABŞ İranın şərtlərini qəbul edərsə...

ABŞ İranın şərtlərini qəbul edərsə...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Uranın zənginləşdirilməsi bir il müddətinə dayandırılacaq

ABŞ-la İran arasında nüvə mövzusunda danışıqlar davam edir. Xatırladaq ki, İran uzun müddətdir nüvə fəaliyyətinə görə Qərbin genişmiqyaslı sanksiyaları ilə üzləşib. ABŞ isə İranın nüvə proqramını qlobal təhlükəsizliyə təhdid kimi dəyərləndirir. Rəsmi Tehran  proqramın reallaşdırılmasının onun üçün hədəf olduğunu bildirir. Nüvə proqramına görə tətbiq olunan sanksiyalar müxtəlif sahələri, xüsusilə qonşu dövlətin neft ixracının məhdudlaşdırılmasını əhatə edir.

Vaşinqton beşinci raundu konstruktiv hesab edir

Donald Tramp ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra İranla nüvə danışıqları bərpa edilib. Belə ki, ABŞ və İran Omanın vasitəçiliyi ilə Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün beş raund danışıqlar aparıb. Onlardan üçü - aprelin 12-si, 26-sı və mayın 11-də Maskatda, digəri isə aprelin 19-da Romada baş tutub. Sonuncu - beşinci raund isə mayın 23-də Omanın Romadakı diplomatik nümayəndəliyində gerçəkləşib.  Danışıqlarda İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edib.

Görüşün detalları açıqlanmasa da, rəsmi Vaşinqton danışıqları konstruktiv hesab edir. Prezident Donald Tramp bəyan edib ki, Birləşmiş Ştatlar İranla yaxşı danışıqlar aparıb və Tehranın nüvə proqramı məsələsində irəliləyiş əldə edib.

“The Wall Street Journal” nəşri öz mənbələrinə istinadən yazır ki, Vaşinqton və Tehran nüvə sövdələşməsinə gedən yolda aralıq mərhələ olacaq çərçivə sazişini razılaşdırmağa çalışırlar: “İran hesab edir ki, belə bir saziş “yeni sövdələşməyə doğru bir addım” olacaq və ona mülki nüvə proqramı hüququnun təsdiqlənməsini və nüvə silahı yaratmağa çalışmamaq öhdəliyini daxil etməyi təklif edir. Bundan başqa, razılaşma İranın nüvə obyektlərində ciddi yoxlamaların keçirilməsi tələbini də ehtiva edə bilər. Vaşinqton isə aralıq sazişdə texniki qrupların gələcəkdə üzərində işləyəcəyi konkret hədəfləri sadalamaq istəyir. ABŞ həmçinin çərçivə sazişinin “daha çox təlimat xarakteri daşıyacağına” ümid edir”.

Nəşr qeyd edib ki, çərçivə sazişi üzərində işdə əsas mübahisəli məsələ İranın uran zənginləşdirmək hüququ olaraq qalır. ABŞ Tehrandan bu fəaliyyətdən tamamilə imtina etməsini tələb edir, lakin İran hakimiyyəti bu tələbi rədd edir və ölkələrinin nüvə proqramının yalnız sülh xarakteri daşıdığını bildirir.

ABŞ İranın şərtlərini qəbul edərsə...

“Reuters” agentliyi isə İran mənbələrinə istinadən məlumat yayıb ki, Tehran  ABŞ bu ölkənin dondurulmuş aktivlərini blokdan çıxarmağa və uranın dinc məqsədlər üçün zənginləşdirmə hüququnu tanımağa razı olarsa, uranın zənginləşdirilməsini bir il müddətinə dayandıra bilər. Mənbələrin fikrincə, ABŞ İranın şərtlərini qəbul edərsə, iki tərəf “siyasi razılaşma” əldə edə bilər. Qeyd olunub ki, məsələ hələ amerikalı danışıq komandası ilə müzakirə edilməyib. Belə bir razılaşmanın şərtlərinə görə, İran bir il müddətinə uranın zənginləşdirilməsini dayandıracaq. Yüksək səviyyədə zənginləşdirilmiş ehtiyatların bir hissəsi digər ölkələrə göndəriləcək və ya dinc məqsədlər üçün yanacağa çevriləcək.

“Reuters” yazıb ki, ABŞ dəfələrlə İranın nüvə proqramı ilə bağlı yeni sazişin  nüvə silahı yaratmaq üçün həyata keçirilə bilən zənginləşdirmənin dayandırılmasını nəzərdə tutmalı olduğunu bəyan edib. İran dəfələrlə belə silah yaratmaq niyyətində olmadığını açıqlayıb.

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Mohammad Eslami isə bildirib ki, əgər Tehran və Vaşinqton İranın nüvə proqramı üzrə razılığa gələrsə, İran Beynəlxalq Atom Enerjisi Agentliyindən (BAEA) olan amerikalı müfəttişlərin ölkənin nüvə obyektlərinə buraxılması imkanını nəzərdən keçirə bilər. O vurğulayıb ki, İran nüvə enerjisindən yalnız dinc məqsədlər üçün istifadə edir. M.Eslami qeyd edib ki, İranın uranın daha da zənginləşdirilməsi ilə bağlı mövqeyi tamamilə qanunidir.

İran güzəştə açıqdır

Bütün bunların fonunda Tehran nüvə proqramından tam imtina etmək niyyətində deyil. CNN telekanalına müsahibəsində İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai deyib ki, İran ABŞ ilə nüvə proqramı barədə danışıqlarda güzəştə açıqdır, lakin uranın zənginləşdirilməsi və dinc nüvə enerjisi məsələsi müzakirə mövzusu deyil: “Əgər danışıqların məqsədi İranın nüvə proqramının bir hissəsi kimi silah istehsal etməyəcəyinə dair zəmanət almaqdırsa, düşünürəm ki, bunu çox asanlıqla edə bilərik. Amma ABŞ-ın niyyəti iranlıları dinc nüvə enerjisindən məhrum etməkdirsə, bu, bütün prosesi sual altına qoya bilər”. Onun sözlərinə görə, iranlılar heç bir təzyiqə boyun əyməyəcəklər: “Biz sözsüz ki, milli təhlükəsizliyimizi qoruyacağıq”.

Tərəflər Romada keçirilən beşinci görüşdə danışıqların davam etdirilməsini qərar alıblar.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 May 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1054

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see360

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see357

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see276

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see268

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see262

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see245

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see243

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see225

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see221

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see213

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see208

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see199

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see194

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see193

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see182

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see176

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see175

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri