Icma.az
close
up
RU
ABŞ İsrail İran qarşıdurması: Cənubi Qafqaz üçün yeni risk

ABŞ İsrail İran qarşıdurması: Cənubi Qafqaz üçün yeni risk

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ–İsrail–İran qarşıdurmasının uzunmüddətli xarakter alması Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz üçün də yeni təhlükəsizlik riskləri yarada bilər. Regionda artan geosiyasi gərginlik enerji marşrutları, sərhəd təhlükəsizliyi və iqtisadi sabitlik baxımından Azərbaycan üçün əlavə çağırışlar formalaşdırır. Xüsusilə İran ətrafında baş verən proseslərin müxtəlif təsir mexanizmləri vasitəsilə Güney Qafqaza daşınması ehtimalı diqqətlə izlənilir. Bu şəraitdə Azərbaycanın balanslı xarici siyasəti və regional təhlükəsizlik strategiyası daha da ön plana çıxır.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ABŞ–İsrail–İran qarşıdurmasının uzunmüddətli xarakter alması təbii olaraq Güney Qafqaza da təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, bu təsirlər artıq müəyyən səviyyədə hiss olunmaqdadır və İran rejimi tərəfindən həm Azərbaycana, həm də bütövlükdə Güney Qafqaza yönəlik müxtəlif təhdid mesajları verilir.

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan bu gün regionun aparıcı dövləti kimi həmin risklərin minimuma endirilməsi istiqamətində uzun illərdir ardıcıl və sistemli siyasət həyata keçirir. İndiyədək də bu təhlükələrin qarşısının alınması istiqamətində mühüm nəticələr əldə olunub.

“Əsas məqamlardan biri ondan ibarətdir ki, İran rejimi artıq anlamalıdır: Azərbaycan regionda formalaşdırılmağa çalışılan destruktiv ssenariləri neytrallaşdıracaq siyasi, diplomatik və təhlükəsizlik potensialına malik gücə çevrilib. Bu reallıq fonunda proseslərin nəzarətdə saxlanılması, regional risklərin minimuma endirilməsi və sabitliyin qorunması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birinə çevrilib”, – deyə Sadiq İsabəyli vurğulayıb.

Şərhçinin fikrincə, Azərbaycan bu gün təkcə öz təhlükəsizliyini qoruyan dövlət deyil, eyni zamanda Güney Qafqazda sabitliyin, regional əməkdaşlığın və sağlam münasibətlər sisteminin qorunmasını təmin edən əsas aktorlardan biridir. Bu baxımdan Bakı həm region daxilində, həm də beynəlxalq münasibətlər sistemində Qafqazın rolunun artmasına çalışan mühüm siyasi güc kimi çıxış edir.

Sadiq İsabəyli bildirib ki, Azərbaycanın təşəbbüsləri yeni regional alternativlərin formalaşmasına da imkan yaradır. Burada söhbət yalnız enerji təhlükəsizliyindən getmir. Beynəlxalq terrorizmə qarşı mübarizə, qlobal nəqliyyat və kommunikasiya xətlərinin təhlükəsizliyi, regional əməkdaşlıq platformalarının inkişafı və qlobal təhlükəsizlik sisteminə töhfə verilməsi kimi məsələlər də Azərbaycanın prioritet istiqamətləri sırasındadır.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan dövləti öz sərhədləri yaxınlığında hər hansı münaqişənin və ya hərbi eskalasiyanın yaranmasında maraqlı deyil. Rəsmi Bakı hər zaman balanslı və praqmatik siyasət yürüdərək regionda gərginliyin artmaması üçün çalışıb. Bununla yanaşı, Azərbaycan bütün təhdidlərə baxmayaraq həm regional, həm də qlobal proseslərdə məsuliyyətli aktor kimi çıxış etdiyini nümayiş etdirib.

“Bu gün Azərbaycanın fəaliyyəti yalnız Güney Qafqazın təhlükəsizliyinin qorunması ilə məhdudlaşmır. Bakı eyni zamanda regional və qlobal təhlükəsizlik məsələlərində etibarlı tərəfdaş statusunu gücləndirir. Bu siyasətin beynəlxalq tərəfdaşlar, xüsusilə də Qərb dövlətləri tərəfindən daha ciddi şəkildə qiymətləndirilməsi vacibdir”, – deyə Sadiq İsabəyli qeyd edib.

Şərhçinin sözlərinə görə, İran rejimi də anlamalıdır ki, regionda normal münasibətlər sisteminin bir parçası olmaq istəyirsə, təhdid və təzyiq siyasətindən imtina etməlidir. Lakin hazırkı mərhələdə Tehran rejiminin ritorikası və fəaliyyəti bunun əksini göstərir. Bu isə münaqişələrin uzanmasına və yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb olur.

Sadiq İsabəyli hesab edir ki, bu risklərin əsas istiqamətlərindən biri terror təhlükəsidir. İranın regiondakı fəaliyyətinə baxdıqda — istər Gürcüstanda, istər Ermənistanda, istərsə də Azərbaycana qarşı yönələn addımlarda — müxtəlif təsir və təxribat mexanizmlərindən istifadə cəhdləri müşahidə olunur. Rejim müəyyən şəbəkələr vasitəsilə təsir imkanlarını genişləndirməyə çalışır.

Lakin əvvəlki dövrlərdən fərqli olaraq, bu cəhdlərin nəticə verməsi artıq daha çətindir. Azərbaycanın həyata keçirdiyi təhlükəsizlik siyasəti, regional əməkdaşlıq mexanizmləri və planlı addımları bu təhdidlərin qarşısının alınmasına imkan verir. Məhz buna görə də Güney Qafqazda yeni destabilizasiya ssenarilərinin reallaşması ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha məhdud görünür.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 18 May 2026 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri