ABŞ İsrail tandeminin İrandakı planları niyə baş tutmadı? VİDEO
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Yaxın Şərqdəki müharibə artıq bir aydan çoxdur ki, davam edir. ABŞ-İsrail tandeminin reallaşdırdığı bu əməliyyatın məqsədi İrandakı rejimi dəyişmək idi. Hətta bunun üçün plan da hazırlanmışdı.
Analitiklərin sözlərinə görə, Mossad (İsrail) və Mərkəzi Kəşfiyyat İdarəsi (ABŞ) geniş hava zərbələri ilə İraqdan İranın dərinliklərinə daxil olacaq kürd qüvvələrinin yerüstü hücumunu nəzərdə tuturdu. Buna görə də birinci mərhələdə rejimin güc dayaqlarının zəiflədilməsi əməliyyatı başlandı.
Bu barədə Baku TV-nin materialında deyilir.
ABŞ-İsrail tandeminin İrandakı planları niyə baş tutmadı?- VİDEO
Politoloq Aytən Qurbanova məsələni belə şərh edib:
"Düşünürəm ki, burada ciddi faktorlar var. Çünki kürd məsələsi, ümumiyyətlə, Yaxın Şərqdə dırnaqarası ‘Kürdüstan" dövlətinin yaradılması ilə bağlı olan ssenarilər uzun müddətdir müzakirə olunur. Dörd əsas dövlətin - İran, İraq, Suriya və Türkiyənin ərazilərini əhatə edən, tarixdən gəldiyi iddia edilən dırnaqarası ‘Kürdüstan" dövlətinin yaradılması ilə bağlı qlobal güclərin müəyyən layihələri var".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 01 Aprel 2026 02:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















