İrandakı əməliyyatda İsrail və ABŞ ın məqsədləri fərqlidir
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda keçirilən “Aslan nəriltisi” və “Epik Qəzəb” əməliyyatlarında İsrail və ABŞ-ın məqsədləri fərqlidir.
Azpost.info bildirir ki, bu barədə ABŞ Konqresində dinləmələr zamanı Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard deyib.
“Prezident Trampın müəyyən etdiyi məqsədlər İsrail hökumətinin müəyyən etdiyi məqsədlərdən fərqlidir. Bu əməliyyatlarda gördüyümüz kimi, İsrail hökuməti İran rəhbərliyini sıradan çıxarmağa və onun bir neçə üzvünü aradan götürməyə diqqət yetirir” -, Qabbard deyib.
İsrail və ABŞ məqsədlərindəki fərqlər barədə soruşulduqda, o, Trampın açıqlamasına istinad edib. Milli Kəşfiyyat İdarəsinin direktoru vurğulayıb ki, Amerika lideri məqsədi İranın ballistik raket buraxma qabiliyyətini, ballistik raket istehsal müəssisələrini, eləcə də SEPAH -nın donanmasını və minalama imkanlarını məhv etməkdir.
Qabbardın sözlərinə görə, İranın strateji mövqeyi ciddi şəkildə zəifləyib və sərhədlərindən kənarda güc nümayiş etdirmək qabiliyyəti də əhəmiyyətli dərəcədə azalıb.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 19 Mart 2026 21:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















