ABŞ İsraili Hizbullahla atəşkəs haqqında danışıqlar aparmağa məcbur edir NYT
Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "The New York Times" (NYT) məlumat yayıb.
Məlumat verən rəsmilərin fikrincə, son bir həftə ərzində münaqişədə vasitəçilər “atəşkəs baxımından əhəmiyyətli irəliləyiş əldə ediblər”. Nəşrin həmsöhbətlərinin dediyinə görə, indiyədək buna Netanyahunun “Hizbullah atəşkəsi pozacağı təqdirdə İsrailin hərbi əməliyyatları bərpa edə biləcəyinə dair zəmanət almaqda israrlı olması” mane olub.
Çərşənbə axşamı İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisinin müşaviri Dmitri Gendelman mətbuata bildirib ki, Netanyahu Livanda atəşkəs danışıqlarında irəliləyişlə bağlı xəbərlər fonunda ölkənin hərbi-siyasi kabinetini noyabrın 26-da günortaya planlaşdırılan iclasa çağırıb. Bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib ki, İsrail və Livan hazırda Hizbullahla razılaşmaları ehtiva edən atəşkəs sazişi bağlamağa yaxındırlar.
Livan və İsrail ABŞ vasitəçiliyi ilə İsrail ordusunun Livanın cənubundan çəkiləcəyi və Livan ordusunun sərhəd bölgələrində yerləşdiriləcəyi 60 günlük keçid dövrünü nəzərdə tutan atəşkəs sazişi layihəsini müzakirə edir. “Hizbullah”a gəlincə, o, öz birləşmələrini və ağır silahlarını Litani çayının şimalına, sərhəddən 30 km uzaqlığa köçürməli olacaq.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















