ABŞ İsrailin İranın nüvə obyektlərinə hücum etmək üçün gizli planlarından xəbər tutub
Icma.az, Missiya.az saytına istinadən bildirir.
Amerika kəşfiyyatı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını öyrənib. ABŞ-nin Tehranla razılaşmağa cəhd etməsinə baxmayaraq, İsrail İrana qarşı əməliyyat planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, belə bir zərbə İsraillə ABŞ Prezidenti Donald Tramp arasında fikir ayrılığına səbəb olardı.
Mənbənin sözlərinə görə, hücum həm də Yaxın Şərqdə ABŞ-nin qarşısını almağa çalışdığı münaqişənin gərginləşməsinə səbəb ola bilər.
“İsrail hakimiyyətinin hücum qərarı verib-vermədiyi hələ də bəlli deyil, lakin ABŞ hökuməti arasında İsrailin sonda zərbə endirməyə qərar verib-verməyəcəyi ilə bağlı fikir ayrılığı var”, - deyə vurğulanıb.
Bildirilib ki, İsrailin İranın nüvə obyektinə zərbə endirmə ehtimalı son aylarda əhəmiyyətli dərəcədə artıb.
“ABŞ və İran arasında Tramp tərəfindən müzakirə edilən və İranın bütün uranının ixracını nəzərdə tutmayan razılaşma perspektivi zərbə ehtimalını artırır”, - deyə əlavə olunub.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 21 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















