ABŞ istənilən münaqişəndə qalib gələcək Tramp
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Tehran Vaşinqtonla "düzgün razılaşma" bağlamalı olacaq, əks halda amerikalılar Yaxın Şərqdəki münaqişədə "çox asanlıqla" qalib gələcəklər".
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
Tramp iddia edir ki, ABŞ İranla münaqişədə hərbi baxımdan "artıq qələbə qazanıb". O, Vaşinqtonun Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün tədbirlər görməyə davam edəcəyini vurğulayıb.
Mayın 4-də Ağ Ev iranlıların Hörmüz boğazında Amerika gəmilərinə hücum edəcəyi təqdirdə "yer üzündən silinəcəkləri" ilə hədələmişdi.
İsrail hakimiyyəti ABŞ ilə İrana yeni zərbələr endirmək imkanını müzakirə edir.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, İsrail öz hərəkətlərini ABŞ ilə əlaqələndirir, İranın enerji infrastrukturu obyektlərinə və İran hökumətinin nümayəndələrinə qarşı yeni zərbələrə hazırlaşır.
"Məqsəd İrana təzyiq göstərmək və danışıqlarda daha çox güzəşt əldə etmək üçün qısamüddətli kampaniya aparmaqdır", - deyə mənbə açıqlayıb.
Qeyd olunub ki, istənilən halda hərbi əməliyyatların bərpası qərarı ABŞ prezidenti Donald Trampdan asılıdır. Amerika lideri İranla danışıqların dalana dirənməsindən məyus olsa da, Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etmək niyyətində deyil.
ABŞ prezidenti daha əvvəl bir seçim qarşısında olduğunu iddia etmişdi: ya İranı əbədi olaraq məhv etmək, ya da onunla razılaşmaq.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 May 2026 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















