Quru əriyin gizli təhlükələri Açıqlandı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
“Ərik qurusu (qaysı) lif, kalium və karotinoidlərlə zəngindir, lakin onun həddindən artıq istehlakı qarında köp, qurultu və diareyaya səbəb ola bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə həkim-endokrinoloq Natalya Çadina xəbərdarlıq edib.
Mütəxəssis qeyd edib ki, ərik qurusunun tərkibində çoxlu kalori və şəkər olduğu üçün insan bu məhsulu asanlıqla normadan artıq yeyə bilər. O, həddindən artıq istehlakın tipik əlamətləri kimi həzm sisteminin xoşagəlməz simptomlarını göstərib. Həkim həmçinin vurğulayıb ki, ərik qurusu dəmir defisitli anemiyanın müalicəsi üçün uyğun deyil, çünki tərkibində dəmir azdır və ətdəki dəmirlə müqayisədə daha pis mənimsənilir.
N. Çadina sağlam yetkin insanlara gündə təxminən 30-40 qram (təqribən 4-6 ədəd) ərik qurusu yeməyi tövsiyə edib. Xüsusilə çəki atan şəxslər, eləcə də şəkərli diabet və insulin dirənci olan pasiyentlər quru meyvələrin miqdarına diqqət yetirməlidirlər. Həkim əlavə edib ki, tərkibinə əlavə şəkər vurulmamış, kif və kənar qoxusu olmayan ərik qurusu seçmək, istifadədən əvvəl isə onu yumaq lazımdır.
Baxış sayı:78
Bu xəbər 20 Noyabr 2026 01:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















