Icma.az
close
up
RU
“ABŞ kəşfiyyatı: İran rejiminin süqutu real görünmür“ “The Washington Post“

“ABŞ kəşfiyyatı: İran rejiminin süqutu real görünmür“ “The Washington Post“

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

"Hətta genişmiqyaslı müharibə belə Tehrandakı hakimiyyət sistemini dağıtmağa kifayət etməyə bilər..."

ABŞ kəşfiyyat qurumlarının hazırladığı məxfi hesabatda qeyd olunur ki, ABŞ və İsrailin İrana qarşı genişmiqyaslı hərbi kampaniyası belə ölkədəki hakimiyyət sisteminin süqutuna gətirib çıxarmaya bilər.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Rejim sabit qalacaq

ABŞ Milli Kəşfiyyat Şurasının analitikləri hesab edir ki, İran İslam Respublikasında hakimiyyəti təşkil edən hərbi və dini elita möhkəm institusional mexanizmlərə malikdir və bu sistem asanlıqla dağılmayacaq.

Hesabatda İran rəhbərliyinə qarşı hədəfli zərbələrdən tutmuş dövlət institutlarına qarşı genişmiqyaslı hərbi əməliyyatlara qədər müxtəlif ssenarilər nəzərdən keçirilib. Analitiklərin fikrincə, hətta ali dini lider Əli Xamenei öldürülsə belə, hakimiyyət əvvəlcədən nəzərdə tutulmuş mexanizmlər vasitəsilə yeni rəhbərə ötürüləcək və sistem fəaliyyətini davam etdirəcək.

Sənəddə həmçinin qeyd olunur ki, parçalanmış İran müxalifətinin hakimiyyəti ələ keçirməsi ehtimalı çox aşağıdır. ABŞ kəşfiyyat qurumlarının 18 xidmətinin ümumi mövqeyini əks etdirən bu qiymətləndirmə Donald Tramp administrasiyasında İrana qarşı uzunmüddətli hərbi kampaniya ideyalarına müəyyən şübhə yaradır.

Tehranda mümkün varislik və siyasi mübarizə

Müharibə fonunda İranda hakimiyyətin mümkün varisliyi ilə bağlı müzakirələrin nəticəsi bəlli olub. Ekspertlər Şurası ali dini lider vəzifəsinə Xameneinin oğlu Möctəba Xameneini təsdiqləyib. Onun namizədliyi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən dəstəklənib.

ABŞ prezidenti Tramp isə müharibənin gedişində İrandan "qeyd-şərtsiz kapitulyasiya" tələb edir və yeni liderin seçilməsi prosesində iştirak etmək istədiyini gizlətmir. O, Möctəba Xameneini "zəif və səriştəsiz" adlandıraraq, İranın raket və nüvə proqramlarını yenidən quracaq rəhbərləri hakimiyyətdə görmək istəmədiyini bildirib.

"Hərbi qələbə ehtimalı çox aşağıdır"

ABŞ-da bəzi hərbi analitiklər isə ümumiyyətlə bu müharibənin nəticələrinə şübhə ilə yanaşırlar. ABŞ ordusunun istefada olan podpolkovniki Daniel Devis bildirib ki, Tehran tərəfindən verilən sərt cavab zərbələri regiondakı bir sıra ABŞ hərbi obyektlərini hədəfə alıb və Vaşinqtonun planlarını ciddi şəkildə çətinləşdirib.

Onun sözlərinə görə, İranı hərbi yolla məğlub etmək və ya ölkəni "ibtidai vəziyyətə qaytarmaq" cəhdləri real görünmür. Analitik qeyd edir ki, İran həm ərazi, həm də əhali baxımından İraqdan qat-qat böyükdür və 90 milyona yaxın əhalisi müharibədə "ağ bayraq qaldırmaq" niyyətində deyil.

Ekspertlər hesab edir ki, İranın daxili siyasi sistemi xaricdən gözlənildiyindən daha dayanıqlıdır. Hətta ölkə beynəlxalq arenada həmişə güc nümayiş etdirə bilməsə də, ölkə daxilində hakimiyyət strukturları hələ də faktiki olaraq alternativsiz qalır və rejimin tezliklə dəyişməsi ehtimalı çox aşağı qiymətləndirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:217
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Mart 2026 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri