ABŞ Konqresi hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Nümayəndələr Palatası Senat tərəfindən əvvəllər təsdiq edilmiş, federal hökumətin maliyyələşdirilməsinin 30 yanvar 2026-cı ilə qədər davam etdirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyib.
APA xəbər verir ki, ABŞ qanunverici orqanının aşağı palatasında keçirilən səsvermə C-SPAN kanalında yayımlanıb.
222 nəfər qanun layihəsinin lehinə, 209-u isə əleyhinə səs verib. 10 noyabrda hakim Respublikaçı və müxalif Demokrat partiyalarının nümayəndələri ABŞ hökumətinin rekord müddətə bağlanmasına son qoymaq üçün tədbirlər barədə razılığa gəldikdən sonra qanun layihəsi Konqresin yuxarı palatasında təsdiqlənib.
Qeyd edək ki, qanun layihəsi indi imzalanması üçün ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 13 Noyabr 2025 07:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















