ABŞ Konqresi hökumətin maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ hökumətinin 2025-ci il sentyabrın 30-dək maliyyələşdirilməsini nəzərdə tutan qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən təsdiqlənib.
APA xəbər verir ki, sözügedən məsələ ilə bağlı aşağı palatanın iclası Konqresin saytında yayımlanıb.
Konqresin əksər üzvləri bu layihəni dəstəkləyiblər. Bu layihə , ABŞ-nin müdafiə xərclərini 6 milyard dollar artırmağa, həmçinin qeyri-müdafiə xərclərini 13 milyard dollar azaltmağa imkan verəcək.
Layihə həmçinin İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) üçün maliyyəni 485 milyon dollar, müdafiə proqramları və nüvə silahlarının yayılmasının qarşısının alınması üçün isə 185 milyon dollar artırmağı nəzərdə tutur.
ABŞ Senatı martın 14-dək qanun layihəsini səsə qoymalıdır. Layihə qəbul olunsa, bu, yaxın gələcəkdə ölkədə baş verə biləcək şatdaunun qarşısını almağa kömək edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 12 Mart 2025 06:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















