ABŞ Konqresinə Cənubi Afrika ilə bağlı qanun layihəsi təqdim olunub
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Nümayəndələr Palatasının üzvü, respublikaçı Ronni Cekson “ABŞ-Cənubi Afrika İkili Münasibətlərinin Yenidən Araşdırılması Aktı” adlı qanun layihəsini Konqresə təqdim edib.
Bakıvaxtı.az xəbər verir ki, qanun layihəsi Cənubi Afrika rəsmilərinə qarşı sanksiyaların tətbiqini və iki ölkə münasibətlərinin tam təhlilini nəzərdə tutur.
Ceksonun açıqlamasında Cənubi Afrikanın Çin, Rusiya, İran və terror təşkilatları ilə əməkdaşlıq etdiyi, bunun isə ABŞ-a qarşı “xəyanət” olduğu qeyd olunub.
Qeyd olunub ki, Afrika Milli Konqresi (ANC) ABŞ-ın milli təhlükəsizlik maraqlarını pozmağa çalışır və ABŞ buna cavab verməlidir.
Daha əvvəl Tramp administrasiyası Cənubi Afrikanın bəzi addımlarını əsas gətirərək bu ölkəyə yardımların dayandırılmasına dair qərar vermişdi. ABŞ həmçinin Cənubi Afrikanın Vaşinqtondakı səfirini “arzuolunmaz şəxs” elan edib və 67 mindən çox ağdərili cənubi afrikalını ölkəyə mühacir kimi qəbul etməyə hazırlaşdığını açıqlayıb.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 05 Aprel 2025 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















