Icma.az
close
up
RU
Pakistan rəhbərliyi ilə bağlı qanun layihəsi ABŞ Konqresinə təqdim edilib

Pakistan rəhbərliyi ilə bağlı qanun layihəsi ABŞ Konqresinə təqdim edilib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ Konqresinin Nümayəndələr Palatasına Pakistan ordusunun rəisi Asim Munir və İslam Respublikasındakı digər yüksək rütbəli məmurlara qarşı insan haqlarının pozulması, o cümlədən ölkənin keçmiş baş naziri İmran Xanın təqib edilməsi iddiası ilə bağlı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, “Pakistan Demokratiya Aktı” adlanan qanun layihəsi bazar ertəsi respublikaçı Co Vilson və demokrat Cimmi Panetta tərəfindən təqdim edilib. İslamabad insan haqlarının vəziyyətini yaxşılaşdırmaq üçün addımlar atmasa, 180 gün ərzində İslam Respublikası ordusunun komandanlığına qarşı sanksiyaların tətbiqini nəzərdə tutur. Qanun layihəsi həmçinin ABŞ hökumətini Pakistanda siyasi müxalifətə qarşı iddia edilən repressiyalarda iştirak edən şəxsləri müəyyən etməyə və sanksiyalara cəlb etməyə çağırır.

Nəşr qeyd edir ki, sözügedən qanun layihəsinin ABŞ Konqresinin müzakirəsinə çıxarılması Pakistan “Ədalət Uğrunda Hərəkat”ın lobbiçilik səylərinin nəticəsidir. 2024-cü ilin iyununda Nümayəndələr Palatasında oxşar qərar qəbul edilib. O, ABŞ-ın o zamankı prezidenti Co Baydeni demokratiya və qanunun aliliyini dəstəkləməsi üçün Pakistana təzyiq göstərməyə çağırıb. Ancaq Bayden administrasiyası bu kontekstdə heç bir tədbir görməyib.

İmran Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə etimadsızlıq səsverməsindən sonra vəzifəsindən kənarlaşdırılıb. 2023-cü ildən siyasətçi dövlət xəzinəsindən xarici hədiyyələri satdığı üçün 14 il həbs cəzası alıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 26 Mart 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri