Icma.az
close
up
RU
Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

Sanksiyalar cəhənnəmi : Senator Qrem ABŞ Konqresinə Rusiya ilə bağlı qanun layihəsi təqdim edəcək

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Cənubi Karolina ştatından senator Lindsi Qrem Rusiyanın bank və enerji sektorlarına qarşı sanksiyalar tətbiq olunması ilə bağlı növbəti həftə ABŞ Konqresində qanun layihəsini təqdim edəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə respublikaçı qanunverici "Fox News" televiziya kanalına verdiyi müsahibədə bəyan edib.

"Rusiya ilə bağlı, növbəti həftə onların bank və enerji sektorlarına qarşı sanksiyalar təqdim edəcəyəm ki, danışıqlar masasına dəvət edək. Əgər atəşkəs və sülh danışıqları ilə razılaşmazlarsa, Moskvaya sanksiya cəhənnəmini yağdırmalıyıq. Növbəti həftə mən bununla bağlı qanun layihəsi təqdim edəcəyəm", - deyə o bildirib.

Senator əlavə edib ki, ABŞ-nin Kiyevə hərbi yardımında və kəşfiyyat məlumatlarının təqdim olunmasında fasiləsi ilə bağlı narahatdır.

"Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə hər şeyi pozdu, biz çox uzun müddət mineralların müqaviləsi üzərində işləyirdik, amma indi əlimizdə nə varsa, odur. Müharibə davam edərkən Ukraynaya kəşfiyyat məlumatları və silahlar təqdim olunmasından imtina məni narahat edir. Əgər biz Ukraynanın "işığını söndürsək", bu, Əfqanıstandan daha pis nəticələnə bilər. Mən inanmıram ki, ABŞ Prezidenti Donald Tramp bunu istəyir", - deyə Qrem iddia edib.

Qeyd edək ki, bundan əvvəl senator bildirib ki, Zelenski Ağ Evdə Trampla mübahisə etməkdənsə, ABŞ-nin Ukraynanın təbii sərvətləri ilə bağlı təklifinə minnətdar olmalı idi. Qrem, həmçinin amerikalıların etimadını itirdiyi üçün Zelenskini "əsaslı şəkildə dəyişməyə və ya istefa verməyə" çağırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:379
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Mart 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see254

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see147

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see141

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see137

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see131

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri