“Gürcü Arzusu” ilə bağlı qanun layihəsi ABŞ Konqresinə təqdim edildi
Icma.az, Teleqraf.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ-ın “Gürcü Arzusu” partiyasını Gürcüstanın qanuni hökuməti kimi tanınmasını qadağan edən qanun layihəsi Konqresə təqdim olunub.
Teleqraf.com xəbər verir ki, sənəd Konqresin rəsmi bazasında qeydiyyata alınıb.
Qanun layihəsinin müəllifləri respublikaçı konqresmen Co Uilson və Helsinki komissiyasının rəhbəri və demokrat Stiv Koendir.
Sənəddə Gürcüstan hakimiyyətinin yeganə legitim nümayəndəsi kimi V prezident Salome Zurabişvilinin tanınması təklif edilir. Qeyd olunub ki, “Gürcü Arzusu”nun tanınmaması siyasəti azad və ədalətli seçkilərin keçiriləcəyi halda ləğv edilə bilər.
Qanun layihəsinə ABŞ Konqresinin hər iki palatasında baxılmalıdır. Palatalar tərəfindən layihənin təsdiqlənəcəyi təqdirdə sənəd imzalanması və yaxud vetonun qoyulması üçün prezidentə təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 11 Yanvar 2025 10:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















