Icma.az
close
up
RU
ABŞ liderliyi geri qayıdır və Rusiya ilə münasibətlərdə güzəştli siyasət arxada qalır ŞƏRH

ABŞ liderliyi geri qayıdır və Rusiya ilə münasibətlərdə güzəştli siyasət arxada qalır ŞƏRH

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya dronlarının Polşanın hava məkanını pozmasına münasibət bildirib. O, bu barədə “Truth Social” hesabında paylaşım edib. Tramp Rusiyanın PUA-larla Polşanın hava məkanını pozduğunu qeyd edib. "Rusiyanın Polşanın hava məkanını pilotsuz təyyarələrlə pozması nə ilə bağlıdır? Başlayırıq!", - ABŞ Prezidenti yazıb.

Trampın "başlayırıq" mesajını verməsinin siyasi mənası nə ola bilər? 

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, Trampın “başlayırıq!” mesajı əslində sadə emosional bir reaksiya deyil, geosiyasi siqnal xarakteri daşıyır. Onun sözlərinə görə, ABŞ Prezidenti olaraq onun ifadəsi həm NATO daxilində, həm də Rusiya ilə bağlı münasibətlərdə yeni bir mərhələnin başlandığını göstərir:

"Burada iki mühüm məqam var: Birincisi, bu sözlə Tramp Vaşinqtonun Rusiyanın Polşaya qarşı atdığı addımı sıradan bir insident kimi görmədiyini vurğulayır. NATO üzvü olan Polşanın hava məkanının pozulması Alyansın kollektiv müdafiə prinsipinə toxunur. Yəni “başlayırıq” ifadəsi, ABŞ-nin və NATO-nun Rusiyaya qarşı siyasi, diplomatik və hətta hərbi təzyiq mexanizmlərinin işə salınacağına işarədir. İkincisi, Trampın ritorikasında hər zaman daxili auditoriyaya mesaj elementi olub".

Müsahibimizin fikrincə, “başlayırıq” deyərkən Tramp, həm amerikalılara, həm də Avropadakı müttəfiqlərə göstərmək istəyir ki, ABŞ liderliyi geri qayıdır və Rusiya ilə münasibətlərdə güzəştli siyasət arxada qalır:

"Bu, həm də Trampın seçki öncəsi imicini möhkəmləndirməyə xidmət edir. O, sərt, qətiyyətli və təhlükəsizlik məsələlərində güzəştə getməyən lider obrazını yaradır. Başqa sözlə, Trampın “başlayırıq” mesajı həm NATO-nun vahid mövqeyinə çağırış, həm də Moskvanın hərbi sınaqlarına qarşı Vaşinqtonun cavab verməyə hazır olduğunun elanıdır. Bu, yeni bir gərginlik dalğasının başlanğıc siqnalı kimi də oxuna bilər", - deyə Tural İsmayılov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see194

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see170

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see165

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see152

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see146

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri