Icma.az
close
up
RU
ABŞ ordusu Əfqanıstana qayıdır? (ŞƏRH)

ABŞ ordusu Əfqanıstana qayıdır? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"ABŞ-ın Əfqanıstana hərbi müdaxilə niyyətinin əsas məqsədi qlobal güc olan Çini nəzarət altında saxlamaq, onu tədricən çevrələmək və öz təsiri altında saxlamağa hesablanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ prezidenti Donald Trampın qoşunları Əfqanıstana qaytarmaq niyyətini şərh edərkən deyib. 

"Bundan əvvəlki dövrdə ABŞ-ın canlı qüvvə, texnika və böyük maliyyə itkiləri uzun müddətə Əfqanıstanda qalmağa imkan vermədi. Terror və Taliban hərəkatına qarşı mübarizədə də Vaşinqton istədiyi nəticəni ala bilmədi. Ona görə də Bayden hakimiyyəti Əfqanıstandan qaçdı", deyə ekspert bildirib. 

Politoloq qeyd edin ki, Trampın bu istəyi Çin amil ilə bağlıdır:

"Tramp tərəfindən həmin siyasət yenidən ona görə gündəmə gəlib ki, Ağ Ev Çini dayandırmağı özünün xarici siyasətinin əsas prioriteti sayır. Çin hazırda Əfqanıstanda bir çox sahələrə investisiya qoyub".


Amma  ekspert düşünür ki, ABŞ yenidən bu siyasətini Əfqanıstana hərbi müdaxilə ilə həyata keçirə bilməyəcək:

"Hələlik Trampın hərbi planlarında belə bir müdaxilə niyyəti yoxdur. Bu müstəvidə aviabazanın geri qaytarılmasına çalışdıqları barədə səslənən ifadənin arxasında isə Taliban hökumətilə aparılan məxfi danışıqlardan söhbət gedir. Taliban hökumətini tanımaq və müəyyən yardımlarla razı sala bilsələr, Vaşinqtonun yenidən həmin aviabazaya qayıtması mümkündür. Ən azından tərəzidə Taliban hökuməti üçün seçim imkanları var. Bir tərəfdə Çin, digər tərəfdə də ABŞ. Talibanın dünyaya açılması üçün onun bir tək Çinlə münasibətləri yetərli deyil. Bu baxımdan, ABŞ-ın Talibana təqdim edəcəyi təklif cəlbedici ola bilər. Əks təqdirdə, bu hökumətin tanınma prosesi problematik olaraq   qalacaq".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Kir Starmerlə birgə brifinqdə Pentaqon qoşunlarını Əfqanıstana qaytarmaq istədiyini bəyan edib. 

"Yeri gəlmişkən, biz ora – Baqram aviabazasına qayıtmağa çalışırıq. Bu, kiçik  bir sensasion xəbər ola bilər... Ora Çinin nüvə silahı istehsal etdiyi məkandan cəmi bir saatlıq məsafədə yerləşir", deyə Tramp açıqlayıb. 

Xatırladaq ki, ABŞ Co Baydenin prezidentliyi dövründə, 2021-ci ilin sentyabrında öz qoşunlarını Əfqanıstandan çıxarıb. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri