ABŞ Meksika və Kanada ilə üçtərəfli ticarət müqaviləsindən çıxa bilər
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ rəhbərliyi ölkənin Meksika və Kanada ilə üçtərəfli ticarət müqaviləsində (USMCA) iştirakını dayandırmağı düşünür.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrinə istinadən yazıb.
Qeyd edilib ki, Ağ Ev lideri Donald Tramp Vaşinqtonun müqavilədən çıxması ideyasını gizli şəkildə irəli sürüb və bu, hələ onun birinci prezidentlik müddətində təsdiqlənib.
ABŞ Ticarət Palatasından bildirilib ki, 2019-cu ildə təsdiqlənmiş müqavilənin parametrləri ölkənin milli maraqlarına tam uyğun gəlmir.
Nəşr vurğulayır ki, ABŞ-nin USMCA-nı ləğv etməsi dərhal maliyyə itkilərinə səbəb olacaq. Çünki Kanada və Meksika ixracatının əhəmiyyətli bir hissəsi mövcud müqavilənin şərtlərinə əsasən hazırda azad olan gömrük rüsumlarına məruz qalacaq.
USMCA müqaviləsi bu ilin iyulun 1-nə planlaşdırılan potensial uzadılmadan əvvəl məcburi baxış prosesindən keçməlidir. Anlaşma uzadılacağı təqdirdə, müqavilə daha 16 il qüvvədə qalacaq. Konsensus əldə edilməzsə, sənəd 2036-cı ildə müddəti bitənə qədər illik baxışdan keçiriləcək.
Bu ticarət bloku təxminən 2 trilyon dollar dəyərində mal və xidmət axınını tənzimləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:178
Bu xəbər 11 Fevral 2026 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















