ABŞ memoranduma sadiq qalsa, İran... Pezeşkiandan açıqlama
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ anlaşma memorandumuna sadiq qalarsa, İran da öz öhdəliklərinə əməl edəcək.
Bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial media hesabında paylaşım edib.
"Anlaşma ikitərəfli bir məsələdir. Əgər Amerika tərəfi anlaşmaya sadiq qalarsa, biz də öz öhdəliklərimizə əməl edəcəyik", - M. Pezeşkian qeyd edib.
O, ABŞ-nin "məntiqsiz meydan oxumaları"na və "əsassız təhdidlər"inə qarşı İranın yanaşmasının rasionallıq olduğunu bildirib.
Qeyd edək ki, Amerika nümayəndə heyəti İranla münaqişənin nizamlanması üzrə danışıqlar üçün Dohaya yola düşüb. İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai daha əvvəl Vaşinqtonla Tehran arasında heç bir səviyyədə danışıqlar aparılmayacağını açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 İyun 2026 01:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















