Jerar Depardye cinsi zorakılıq ittihamlarını qəbul edib üzr istədi
Icma.az bildirir, Axsham.az portalına istinadən.
Məşhur fransız aktyoru Jerar Depardye cinsi zorakılıq işi üzrə verilən hökmü qəbul edərək zərərçəkmiş qadınlardan üzr istəyib.
Axşam.az xəbər verir ki, 77 yaşlı aktyor 2025-ci ildə iki qadına qarşı cinsi zorakılıqda təqsirli bilinərək 18 ay şərti həbs cəzasına məhkum edilib. O, noyabrın 16-da apellyasiya şikayətini geri götürüb. Bununla da əvvəlki hökm qüvvədə qalıb.
Depardye baş verənlərə görə peşman olduğunu bildirib:
"Ədalət öz sözünü dedi. Mən təqsirli bilindim. Bu hökmü qəbul edirəm. Zərər çəkən hər kəsdən dərin və səmimi qəlbdən üzr istəyirəm.
Dediklərimin və bəzi hərəkətlərimin heç bir nəticəsi olmayacağını düşünürdüm. İndi təkəbbürlə kimisə incitmək arasındakı həddi görürəm. Heç vaxt qarşılaşdığım qadınları incitmək niyyətim olmayıb. Lakin indi başa düşürəm ki, niyyətin nə olması vurulan zərəri dəyişmir. Zamanı geri qaytarmaq gücüm yoxdur".
Qeyd edək ki, hadisə 2021-ci ildə "Les Volets Verts" filminin çəkilişləri zamanı baş verib. Aktyor dekorasiya üzrə rəssam və rejissor assistentinə qarşı cinsi zorakılıqda təqsirli bilinib.
Depardyenin adı cinsi cinayətlər törətmiş şəxslərin reyestrinə daxil ediləcək. O, həmçinin zərərçəkmiş qadınlara təzminat ödəməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 17 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















