Icma.az
close
up
RU
ABŞ mətbuatı Fransanın müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb

ABŞ mətbuatı Fransanın müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi  və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu-Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir” başlıqlı məqaləsində Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb. 

"Unikal" xəbər verir ki, məqalədə ekoloji vəziyyətin fövqəladə hal alması məhz müstəmləkəçiliyin mirası olaraq səciyyələndirilib. Qlobal Cənubun torpağının və havasının Qlobal Şimalın zibilxanası kimi istifadə olunduğu göstərilib.
Diqqətə çatdırılıb ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel təşkilatı yarandığı otuz ildən artıq müddətdə ilk dəfə olaraq 2022-ci il üzrə hesabatında “müstəmləkəçilik” terminini qeyd edib. Yazıda iqlimşünaslıq sahəsinin aparıcı alimlərinin müstəmləkəçiliyin iqlim böhranında keçmiş və indiki amil olduğunu etiraf etdikləri də bildirilib. Vurğulanıb ki, dünyanın hər yerindən olan məmurlar və elm adamları artıq müstəmləkəçiliyin planetimizin istiləşməsi və onun çoxsaylı nemətlərinin məhvində oynadığı mühüm rolu dərk edir. Müstəmləkəçiliyin zərərlərini aradan qaldırmadan ekoloji ədalətə nail olmaq qeyri-mümkündür.

Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni köçkünlərinin bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib. Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evi və çuxurlarla dolu torpaq yolları gördüyünü yazıb: “Vəziyyət ekoloji baxımdan o qədər ciddi idi ki, bir vaxtlar gözəl ekosistemi ilə “Qara Bağ” kimi tanınan bölgə otuz illik erməni işğalından sonra “Qafqazın Xirosiması” adlandırıldı”.

Yazıda Azərbaycanın Qarabağı yaşıl zona kimi bərpa etdiyi və müstəmləkəçiliyin dağıdıcı nəticələrinin, ətraf mühitə mənfi təsirlərinin şahidi Qlobal Cənubun digər ölkələrini ruhlandırdığı qeyd olunub. Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib: “Həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atıldı. Digər müstəmləkəçi qüvvələr də tezliklə onun ardınca gedə bilər”.                

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:  

https://foreignpolicyblogs.com/2024/11/25/climate-justice-an-imperative-for-colonized-regions/


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://unikal.az
archiveBu xəbər 28 Noyabr 2024 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri