Icma.az
close
up
RU
ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb

ABŞ mətbuatı Fransanın və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Tanınmış politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham baş qərargahı Nyu-Yorkda yerləşən Xarici Siyasət Assosiasiyasının xəbər saytında dərc olunmuş “Müstəmləkə bölgələr üçün iqlim ədaləti vacib şərtdir” başlıqlı məqaləsində Fransa və digər Avropa dövlətlərinin müstəmləkə istismarının ekoloji fəsadlarından yazıb.

AZƏRTAC xəbər verir ki, məqalədə ekoloji vəziyyətin fövqəladə hal alması məhz müstəmləkəçiliyin mirası olaraq səciyyələndirilib. Qlobal Cənubun torpağının və havasının Qlobal Şimalın zibilxanası kimi istifadə olunduğu göstərilib.

Diqqətə çatdırılıb ki, İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel təşkilatı yarandığı otuz ildən artıq müddətdə ilk dəfə olaraq 2022-ci il üzrə hesabatında “müstəmləkəçilik” terminini qeyd edib. Yazıda iqlimşünaslıq sahəsinin aparıcı alimlərinin müstəmləkəçiliyin iqlim böhranında keçmiş və indiki amil olduğunu etiraf etdikləri də bildirilib. Vurğulanıb ki, dünyanın hər yerindən olan məmurlar və elm adamları artıq müstəmləkəçiliyin planetimizin istiləşməsi və onun çoxsaylı nemətlərinin məhvində oynadığı mühüm rolu dərk edir. Müstəmləkəçiliyin zərərlərini aradan qaldırmadan ekoloji ədalətə nail olmaq qeyri-mümkündür.

Müəllif vaxtilə müharibə şəraitindən çıxmış Qarabağ bölgəsinə səfər edərkən erməni köçkünlərinin bölgədə necə ciddi ekoloji böhran yaratdığının şahidi olduğuna diqqət çəkib. Çirklənmiş, balıqsız çayları, kökündən qoparılmış ağacları, yandırılmış əkin sahələrini, minalarla əhatə olunmuş, dağıdılmış minlərlə evi və çuxurlarla dolu torpaq yolları gördüyünü yazıb: “Vəziyyət ekoloji baxımdan o qədər ciddi idi ki, bir vaxtlar gözəl ekosistemi ilə “Qara Bağ” kimi tanınan bölgə otuz illik erməni işğalından sonra “Qafqazın Xirosiması” adlandırıldı”.

Yazıda Azərbaycanın Qarabağı yaşıl zona kimi bərpa etdiyi və müstəmləkəçiliyin dağıdıcı nəticələrinin, ətraf mühitə mənfi təsirlərinin şahidi kimi Qlobal Cənubun digər ölkələrini ruhlandırdığı qeyd olunub. Məqalənin sonunda müəllif diqqətçəkən açıqlama verib: “Həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə erməni köçkün müstəmləkəçiliyi tarixin zibilliyinə atıldı. Digər müstəmləkəçi qüvvələr də tezliklə onun ardınca gedə bilər”.

Məqaləni linkə keçid etməklə ətraflı şəkildə oxumaq mümkündür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Noyabr 2024 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri