ABŞ millisinin hücumçusu Avropa nəhənglərinin hədəfində
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Monako"nun hücumçusu Folarin Baloqan karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Çelsi" amerikalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "CaughtOffside" məlumat yayıb.
Fransa klubu Baloqanı 50-55 milyon avroya satmağa hazırdır. 24 yaşlı forvard özü klubunu dəyişmək istəyir.
"Nyukasl", "Borussiya", "Yuventus" və "Barselona" da oyunçu ilə yaxından maraqlanır.
Qeyd edək ki, "Monako" Folarin Baloqanı 2023-cü ilin yayında "Arsenal"dan 30 milyon avroya transfer edib. ABŞ millisinin üzvü 2025/26 mövsümündə Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 19 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:İtaliya klubunun hücumçusu Avropa nəhənglərinin hədəfində
06 Noyabr 2025 16:38
Danimarka klubunun hücumçusu Avropa nəhənglərinin hədəfində
20 Dekabr 2025 18:34
Nene Avropa nəhənglərinin hədəfində
13 Aprel 2026 23:46
İtaliyalı mütəxəssis Avropa nəhənglərinin hədəfində
16 Aprel 2026 21:50
“Atletiko“nun ulduzu Avropa nəhənglərinin hədəfində
23 Sentyabr 2025 13:33
Baxış sayı:50
Bu xəbər 29 İyun 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















