Icma.az
close
up
RU
ABŞ müharibələri müttəfiqlərinə yükləyir Ukrayna Avropanın, Suriya Türkiyənin çiyinlərinə atılır

ABŞ müharibələri müttəfiqlərinə yükləyir Ukrayna Avropanın, Suriya Türkiyənin çiyinlərinə atılır

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Suriyada son 3 gündə baş verənlər dünyanın diqqətini Yaxın Şərqdə baş verənlərə yönəldib. Ölkənin şimalında, İdlib bölgəsində mənzillənmiş Heyəti-Təhrir-əş-Şam (HTŞ) qüvvələri 27 noyabr tarixində hücum əməliyyatlarına başlayıb və cəmi 3 gün ərzində Hələbdən Şama qədər bütün ərazilərdə hakimiyyəti ələ keçirib. Türk ordusunun himayəsi ilə yaradılan Suriya Milli Ordusunun da Təl-Rifat istiqamətində hücuma keçdiyi və 2 dövlətin sərhədləri boyunca ərazilərdə nəzarəti əlinə alacağı bildirilir.

Maraqlıdır ki, Suriyadakı hərbi qiyamın mərkəzində dayanan HTŞ-nin hava qüvvələri yoxdur. Buna baxmayaraq, Rusiya təyyarələrinin nəzarəti altında olan bölgələrdə ildırım sürəti ilə irəliləməsi və faktiki olaraq Suriyadakı rejimi devirməsi bəzi suallara yol açır: HTŞ bu qədər mütəvazi qüvvə ilə İran və Rusiya tərəfindən dəstəklənən Bəşər Əsəd rejimini necə devirə bildi?

Siyasi şərhçi Heydər Oğuzun Musavat.com-a verdiyi açıqlamaya görə, əslində Suriyada hazırda yaşananlar təsadüfi deyil və hadisələrin anonsu əslində ilin əvvəlində verilmişdi:

“Hələ bu ilin yanvarında ABŞ-ın ən ünlü xarici siyasətlə bağlı məlumatlar yayan “Foreign Policy” nəşri Müdafiə və Dövlət Departamentindəki 4 etibarlı qaynağa istinad edərək Suriyadakı Amerika qüvvələrinin yaxın zamanlarda ölkədən çıxacağını bildirmişdi. Nəşr ABŞ-ın bu qərarını İŞİD-in artıq regionda təhlükə yaratmaması ilə əlaqələndirmişdi. “Foreign Policy”nin qaynaqlarının bildirdiyinə görə, ABŞ əsgərlərinin Suriyaya yeridildiyi 2014-cü ildə İŞİD-çilər 850-dən artıq terror hadisəsi törətdiyi halda, 2023-cü ildə bu göstərici 9-a enmişdi. Dolayısıyla Suriyada İŞİD təhlükəsi qalmamış və ABŞ-ın orda əsgər saxlamasına ehtiyac da aradan qalxmışdı.

Dövlət Departamentinə bağlılığı şübhə doğurmayan “Foreign Policy”nin bu məlumatından sonra ABŞ-ın bir çox nüfuzlu nəşrlərinin qaynaqları tərəfindən də təsdiqlənmiş və istər-istəməz Vaşinqtondakı bir çox beyin mərkəzləri və media orqanları tərəfindən ciddi müzakirə olunmuşdu. Ən çox diqqət çəkən reaksiyanı isə ərəb sərmayəli Amerika nəşri “Al-Monitor” vermişdi”.

Siyasi şərhçinin iddiasına görə, ərəb sərmayəsi ilə dərc olunan “Al-Monitor” saytının fevral ayında yayımladığı bir məlumatda bildirilirdi ki, Ağ Evin Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Dövlət Departamentinin rəsmiləri Suriya və İraqdan çəkilmə ilə bağlı görüş keçiriblər: “Müxtəlif nəşrlərin öz mənbələrə əsaslanaraq yaydığı bu məlumat Yaxın Şərqdə və ABŞ-da ciddi müzakirələrə səbəb oldu. Ən çox narahat olan isə PKK-ya bağlı qüvvələr idi. Çünki ABŞ Suriyada əsgər saxlamasını əsasən PKK/PYD-ni İŞİD-dən qorumaq bəhanəsi ilə əlaqələndirirdi. İndi isə ABŞ dərin dövlətinin bütün qanadları bir araya toplanaraq, Suriyada İŞİD təhlükəsinin aradan qalxdığını və ölkəni tərk etməyin vacibliyini vurğulayırdılar. Bu isə kürd separatçılarının tək buraxılacağına bir işarə idi”.

Amerika əsgərlərinin Suriyadan çəkilməsinə kürd separatçıları ilə yanaşı ABŞ Dövlət Departamentinin bir sıra yetkililərinin də qarşı çıxdığını xatırladan Heydər Oğuz bildirib ki, bu qəbildən olan məlumatlara ən sərt təpki göstərənlərdən biri isə həmin dövrdə ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland olmuşdu: “Ukraynadakı Maydan hərəkatının təşviqedicisi kimi tanınan xanım diplomat müxtəlif media qurumlarına verdiyi müsahibələrində ABŞ-ın Suriyadan çəkilməsinin mümkün olmayacağını bildirir və fikrini İŞİD təhlükəsi ilə izah edirdi. Nulandın fikrincə, ABŞ əsgərləri Suriyadan çıxarsa, bölgədə qınına çəkilmiş İŞİD yenidən xortlayacaq və başda PYD/PKK olmaqla ABŞ-ın bütün müttəfiqlərini ortadan qaldırılacaq, qan su yerinə axacaqdı. Nulandın bu açıqlamasından sonra bilirsinizmi, nələr oldu? İlk növbədə Nulandın özü mədəni şəkildə istefaya göndərildi. Aydın idi ki, ABŞ-ın "dərin dövləti" bu “gerizəkalı” diplomatla uzağa gedə bilməyəcəyini anlamışdı. Ardınca da sanki Demokratların məğlubiyyətinə hesablanmış ssenariyə start verildi. Və doğrudan da ABŞ-da prezident seçkilərini Respublikaçılar qazandı”.

ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın hələ ilk hakimiyyəti dövründə öz qoşunlarını Suriyadan çəkmək istədiyini xatırladan Heydər Oğuz bildirdi ki, o və yeni komandası son zamanlar da eyni fikirləri dilə gətirir: “Trampın yeni komandasında səhiyyə naziri kimi yer alacağı ehtimal edilən Robert Kennedi bu yaxınlarda mediaya verdiyi açıqlamasında bildirmişdi ki, ABŞ-ın seçilmiş prezidenti Suriyadakı əsgərlərini geri çəkmək fikrindədir. Təbii ki, əsas səbəb onlara çəkilən xərclərlə əlaqədardır. Tramp bunu bir müddət əvvəl verdiyi açıqlamasında açıq şəkildə dilə gətirmişdi. Demişdi ki, indiyədək Yaxın Şərqdə 9 trilyon dollar xərcləyiblər. Əvəzində isə qandan və ölümdən başqa heç nə qazanmayıblar. Ona görə də bu savaşı lazımsız adlandırmışdı.

Heydər Oğuzun fikrincə, ABŞ-ın Suriyadan çəkilmək istəməsinin daha “dərin səbəbləri” var.

“Bəlkə bir çoxlarınıza bu mülahizə, türklər demişkən, “komplo teorisi” kimi görünə bilər. Amma bu da inkaredilməz faktdır ki, Donald Tramp hələ ilk hakimiyyəti dövründə ABŞ əsgərlərini Suriyadan çıxarmağı düşünürdü. Yəqin ki, ikinci dəfə seçilsəydi, bu planı mütləq həyata keçirərdi”, - deyən həmsöhbətimizin fikrincə, Trampın hakimiyyəti dövründə həyata keçiriləcək siyasətlərin Co Bayden zamanında hazırlanması da başadüşüləndir:

“Son zamanlar ABŞ-ın siyasi qərarvermə üslubunda yaşanan bir çox hadisələr onu göstərir ki, hər şey sanki Tramp hakimiyyətinin işini yüngülləşdirməyə hesablanıb. Əslində bu tipli manevrlər ABŞ-ın siyasi idarəçilik ənənəsinə o qədər də yad deyil. Müxtəlif zamanlarda hakimiyyətlərin keçid mərhələsinə nəzər salsaq, bənzər manevrlərlə qarşılaşarıq. Tarixi təcrübələr göstərir ki, ABŞ bu cür mübahisəli qərarları adətən prezidentlərin estafeti öz xələflərinə ötürdükləri zaman yaşanır. Nəticədə yeni seçilmiş prezidentlər sələflərini tənqid edə-edə ondan miras qalan siyasətləri həyata keçirir, lazım gələndə isə bu “anlamsız” qərarları ləğv edirlər. Necə ki, Tramp ilk hakimiyyəti dövründə Obamanı günahlandıra-günahlandıra İranla bağlanmış nüvə sazişindən çəkildi. Fikrincə, bu ikili oyunların məqsədi həyata keçirilən siyasətlərin məsuliyyətini sələflərin üzərinə yükləmək ola bilər”.

Heydər Oğuz hesab edir ki, ABŞ-ın yeni və sabiq hakimiyyətlərinin bir-birini günahlandıra-günahlandıra həyata keçirdikləri bu siyasət əslində “dərin Vaşinqton”un dövlət maraqlarından irəli gəlir, məqsəd isə düşmənlərinə qarşı mübarizədə sözdə “rəqiblərinin” imkanlarından yararlanmaqdır:

“Uzun sözün qısası, hesab edirəm ki, Trampın ikinci hakimiyyəti dövründə “Al-Monitor”un yazdığı kimi, ABŞ öz ordusunu həqiqətən də Suriya və İraqdan çıxaracaq. Qoşunlarını Hind-Sakit okean bölgəsində yerləşdirərək, özü daha qorxunc düşmən hesab etdiyi Çinlə uğraşacaq. Ukrayna savaşını və Rusiyanı Avropanın, Yaxın Şərqi isə Türkiyənin çiyinlərinə yükləyəcək. Bir növ əmək bölgüsünü xatırladan bu prinsip Rusiya-İran-Çin-Şimali Koreya dördlüyünə qarşı ən yaxşı mübarizə formasıdır. Xüsusilə Ukraynada yaşanan son hadisələr göstərir ki, bu dördlüyün hamısına qarşı eyni anda mübarizə aparılmasa, hər hansı nəticə əldə etmək mümkün olmayacaq. Görünür, Tramp da məhz bunu edərək, bütün müttəfiqləri “ümumi düşmənə” qarşı səfərbərliyə hazırlaşır”.

Bu məntiqdən çıxış edən siyasi şərhçi Tramp dövründə NATO-nun şərq cəbhəsinin Türkiyəyə həvalə ediləcəyinə inanır: “Prinsipcə, bu yaxınlarda Türkiyəyə səfər edən NATO-nun yeni Baş katibi Mark Rutte də buna eyham vuraraq, qardaş ölkəni NATO-nun şərq cinahının aparıcı fiquru adlandırmışdı. Fikrimcə, son zamanlar Türkiyəyə qarşı tətbiq olunan embarqoların qaldırılması, xüsusilə ona F-35-lərin və digər Avropa istehsalı olan 5-ci nəsil təyyarələrinin satılmasına razılıq verilməsi də bu zərurətdən irəli gəlir. Görünən budur ki, Türkiyənin hərbi qüdrətinin artırılması ABŞ-ın da maraqlarına uyğundur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 01 Dekabr 2024 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri