ABŞ nin Cənubi Qafqaz planlarında gizli məqam İsrailli xəfiyyə ilginc İDDİAlar səsləndirdi
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Ermənistanla Azərbaycan arasında mövcud olan qarşıdurma təkcə iki dövlət arasında baş verən münaqişə deyil”.
Bakupost.az xəbər verir ki, bu fikirləri İsrailin keçmiş xüsusi xidmət orqanı “Nativ”in rəhbəri olmuş Yakov Kedmi (Yaakov Kedmi) “Sputnik” radiosunun efirində səsləndirib.
Kedminin sözlərinə görə, Türkiyə açıq şəkildə Azərbaycanın arxasında dayanır və Ankara Bakıya fəal siyasi və hərbi dəstək göstərir. Qafqazda vəziyyətin kəskinləşməsi ABŞ-nin planlarına daxil deyil. Çünki münaqişənin genişlənməsi regionda ciddi sabitliyin pozulmasına gətirib çıxara bilər ki, bu da Vaşinqtonun strateji maraqları ilə ziddiyyət təşkil edir.
Bundan əlavə, bölgəyə yaxın olan Rusiya böyük hərbi və siyasi təsir imkanlarına malikdir. Kedminin fikrincə, Moskva hazırda neytral mövqe sərgiləsə də, Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra proseslərə daha fəal şəkildə müdaxilə edə bilər.
Ekspert eyni zamanda Ermənistanda ABŞ-nin ən böyük səfirliklərindən birinin yerləşdiyini xatırladıb. Onun sözlərinə görə, son illərdə bu ölkədə baş verən əsas siyasi proseslər məhz Amerika strukturlarının təşəbbüsü ilə həyata keçirilib.
Hazırda isə, Donald Tramp Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil. ABŞ prezidentinin əsas məqsədi Ermənistanla Azərbaycan arasında münaqişəni nəzarətdə saxlamaq və eskalasiyanın qarşısını almaqdır.
Kedmi bildirib ki, Tramp üçün əsas prioritetlərdən biri Fransanın Qafqazdakı təsirini neytrallaşdırmaqdır. Avropa ilə münasibətləri gərgin olan ABŞ prezidenti bu regionda vəziyyəti Avropa siyasətçilərinə buraxmaq əvəzinə, prosesləri birbaşa özü idarə etməyə üstünlük verir.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 04 Fevral 2026 09:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















