ABŞ nin energetika naziri: Dizel bazarında vəziyyət gərgin olaraq qalır
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Bir sıra iri regionlardan tədarükdə yaranan fasilələr fonunda dünya dizel yanacağı bazarında vəziyyət gərgin olaraq qalır.
Bakıvaxtı.az-ın "Reuters"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt bildirib.
Onun sözlərinə görə, bazar Rusiya, Yaxın Şərq ölkələri və Çindən dizel yanacağı tədarükünün azalması ilə üzləşib. Eyni zamanda ABŞ-nin neft emalı zavodları rekord dərəcədə yüksək yüklənmə səviyyəsində işləyir.
Rayt qeyd edib ki, yaxın vaxtlarda Avropadan bazara əlavə dizel yanacağı həcmlərinin daxil olması gözlənilir. Bu da qiymətlərin aşağı düşməsinə kömək etməlidir.
Daha əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası Almaniya və Fransanı dünya bazarında təklifi artırmaq üçün strateji dizel yanacağı ehtiyatlarını işə salmağa çağırıb. "Reuters"in məlumatına görə, Vaşinqton Avropa İttifaqından altı ay ərzində 120 milyon barel dizelin sərbəst buraxılmasını istəyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 02 Oktyabr 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















