ABŞ nin hərbi təyyarəsi İraqda qəzaya uğradı
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaq dolduran hərbi təyyarəsi İraq hava məkanında qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib.
Qəza zamanı iki hərbi təyyarə əməliyyat tapşırığını yerinə yetirirmiş. Onlardan biri qəzaya uğrayıb, digər təyyarə isə təhlükəsiz şəkildə eniş edib.
CENTCOM qeyd edib ki, qəza İrana qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş verib.
Bəyanatda qəzanın səbəbi, qəzaya uğrayan təyyarədə olan heyətin sayı barədə hələlik məlumat verilməyib. Qeyd olunub ki, hadisə düşmən və ya dost atəşi nəticəsində baş verməyib və hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 13 Mart 2026 02:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















