ABŞ nin İranla danışıqlarında o da iştirak edəcək Nik Stüart kimdir?
Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.
Donald Trampın prezidentliyinin ilk dövründə Dövlət Departamentində çalışmış Nik Stüart İran məsələləri üzrə ABŞ-nin danışıqlar komandasına daxil edilib.
Bu barədə "CBS" telekanalı məlumat yayıb.
Məlumata görə, bu addım Vaşinqtonla Tehran arasında diplomatik səylərin ciddi çətinliklərlə üzləşdiyi bir dövrdə atılıb.
Bildirilir ki, Nik Stüart Trampın kürəkəni Cared Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkofun yer aldığı komandaya qoşulub. CBS qeyd edir ki, bu dəyişiklik İslamabad danışıqlarının dayandırılmasından az əvvəl baş verib.
Mənbələrin sözlərinə görə, Stüartın ixtisaslaşdığı sahələr nüvə silahlarının yayılmasının qarşısının alınması və İran siyasəti ilə bağlıdır.
Qeyd olunur ki, Stüart daha öncə Nyu-York ştatından respublikaçı konqresmen Klaudiya Teninin müşaviri kimi də fəaliyyət göstərib. Konqresmen Teni onu ABŞ-də İran siyasəti üzrə “ən qabaqcıl ekspertlərdən biri” kimi dəyərləndirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 04 May 2026 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















