Icma.az
close
up
RU
ABŞ nin şahidliyi ilə Zəngəzur dəhlizi açılır TƏHLİL

ABŞ nin şahidliyi ilə Zəngəzur dəhlizi açılır TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Bu dəhliz Cənubi Qafqazda təhlükəsizlik arxekturasının daha da davamlı olmasına xidmət edəcək


Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brenden Hanrahan ilə görüş keçirib. Görüşdə 8 avqust tarixində Vaşinqtonda imzalanmış sənədlər əsasında görüləcək işlər, eləcə də ölkələrimiz arasında nəqliyyat, tranzit və başqa sahələr barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizin potensialının artırılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması istiqamətində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər. 

Brendan Henrehen İrəvanda Ermənistanın baş nazirinin müavini Mger Qriqoryanla da görüşüb. O qeyd edib ki, ABŞ TRİPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətindədir: "Konqreslə əməkdaşlıq çərçivəsində biz Ermənistana 145 milyon dollar verməyi planlaşdırırıq. Bu, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu təşəbbüsü və avqustun 8-də əldə olunmuş müvafiq razılaşmalar çərçivəsində maliyyənin ilk tranşıdır". Onun sözlərinə görə, vəsait ticarət, infrastruktur, kritik mineral ehtiyatların tədarük zəncirləri və transsərhəd təhlükəsizliyin təmin edilməsinə investisiyaların dəstəklənməsi üçün istifadə olunacaq. Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan da deyib ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın iqtisadi inkişafına təkan verəcək. Nazir “Tramp yolu” layihəsi (Zəngəzur dəhlizi) ilə bağlı bildirib ki, yaxın günlərdə Ermənistana müxtəlif nümayəndə heyətlərinin səfəri gözlənilir. Söhbət ABŞ ilə yanaşı, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə Ankaranın xüsusi nümayəndəsi Sərdar Kılıçın Ermənistana səfərindən gedir: "Əslində, praktiki mərhələdəyik. Mehri və Qafan (Qərbi Zəngəzur - red.) sakinləri hər gün dağların dağıdıldığını, yeni yolun çəkildiyini görürlər". Papoyan əlavə edib ki, amerikalılar da gələrək durumla tanış olacaq, yerdə hesablamalar aparacaq: "Bununla praktiki mərhələyə qədəm qoyacağıq, nəticədə Ermənistan qlobal nəqliyyat qovşağına çevriləcək". Nazir vurğulayıb ki, yolların açılması Ermənistanın “iqtisadi ciyərlər”ini də açacaq: "Ermənistan təkcə dənizə çıxışı olmayan ölkə deyil, həm də mövcud quru sərhədlərinin 75 faizi bağlıdır". 


Politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, Azərbaycan Orta Dəhlizin ən önəmli seqmentlərindən birinə çeviriləcək Zəngəzur dəhlizinin reallaşması üçün çox mühüm addımlar atıb. Ekspert vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasının tiktintisindən tutmuş Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun və Horadiz-Ağbənd dəmir yol xəttinin çəkilməsi, Naxçıvanda genişmiqayslı infrastruktur layihələrinin həyata keçirilməsi məhz Zəngəzur dəhlizinin səmərəliliyinin artırılmasına hesablanıb: 

"Avqustun 8-də Vaşinqtonda Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin imzaladığı mühüm sənəd nəticəsində reallığa çevrilən dəhlizin-TRIPP maşrutunun fəaliyyətə başlaması tarixi hadisədir. Hesab edirəm ki, ABŞ prezidenti Donald Trampın şahidliyi ilə açılması razılaşdırılan Zəngəzur dəhlizi gələcəkdə ölkəmizin iqtisadiyyatına, xalqımızın rifahının yüksəldilməsinə töhfələr verəcək. Ümumilikdə bu dəhliz Cənubi Qafqazda təhlükəsizlik arxekturasının daha da davamlı olmasına xidmət edəcək. Eyni zamanda, ABŞ-nin dəhlizin təhlükəsizliyə zəmanət və dəstək verməsi də çox vacib amildir. Bu baxımdan da dayanıqlı, sürətli və etibarlı nəqliyyat axınları ölkəmizin ərazisindən təhlükəsiz şəkildə keçəcək". 

Ekspertin sözlərinə görə, prezident Tramp üçün hakimiyyəti başa çatanadək bütün məqsədlərə çatmaq önəmlidir, proseslərin sürətləndirilməsində bu amil də rol oynayır: 


“Tramp birinci dəfəki prezidentliyinin bitməsinə yaxın başladığı bütün layihələri ikinci prezidentliyi dövründə reallaşdırıb təhvil verməyə çalışır. Hesab edirəm ki, bu dövrdə Zəngəzur dəhlizinin də istifadəyə verilməsi mümkün ola bilər. ABŞ üçün qeyd olunan proseslər arzuolunmaz hesab olunur. Əslində Azərbaycan üçün də yubadılma arzuedilməzdir. Baxmayaraq ki, Ermənistan ərazisində ABŞ-nin şirkəti dəhlizin tikinti və təhlükəsizliyi işlərini icra edəcək, lakin Azərbaycanla da məsləhətləşmələr həyata keçirilir. Çünki Zəngəzur dəhlizi Orta dəhlizin önəmli seqmentidir. Burada ticarət yolları, bağlantıları üzərində böyük geosiyasi savaş getdiyini görürük. Azərbaycan burada həm də tranzit dövlətə çevrilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://sherg.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri