Regionda gərginlik artır: İranın planları ilə bağlı yeni iddia
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
İranda mümkün hərbi hücumun istiqaməti ilə bağlı müzakirələrin aparıldığı iddia olunur. Hücumun İsrailə, yoxsa Fars körfəzi regionundakı neft obyektlərinə yönələcəyi hələlik bəlli deyil.
Bu barədə İsrailin 14-cü kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, İrandakı sərt xətt tərəfdarları, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxilindəki bəzi qüvvələr mümkün hərbi əməliyyatın həyata keçirilməsini dəstəkləyir. Müzakirələrin əsas istiqamətlərindən biri birbaşa İsrailə zərbə endirilməsi, digəri isə regionun enerji infrastrukturunun hədəfə alınmasıdır.
Məlumata əsasən, mümkün hədəflər sırasında Birləşmiş Ərəb Əmirlikləri və Küveytdəki neft obyektləri, eləcə də İraqdakı bəzi enerji infrastrukturu müəssisələri nəzərdən keçirilir. Belə bir addımın qlobal enerji bazarına təsir göstərmək və iqtisadi təzyiq yaratmaq məqsədi daşıya biləcəyi irəli sürülür.
İsrailin 14-cü kanalının İran üzrə müxbiri Dror Balazadanın məlumatına görə, hücumun hədəfi, vaxtı və ümumiyyətlə həyata keçirilib-keçirilməyəcəyi ilə bağlı yekun qərar məlum deyil.
Regionda gərginliyin artması ehtimal olunan hərbi addımların enerji bazarlarına, neft qiymətlərinə və təhlükəsizlik vəziyyətinə mümkün təsirləri ilə bağlı narahatlıqları da artırır.
Qeyd edək ki, İran rəsmiləri tərəfindən bu iddialarla bağlı rəsmi açıqlama verilməyib. Mümkün hücum planları barədə yayılan məlumatlar müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
///sfera.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 20 Oktyabr 2026 05:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















