Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

ABŞ nin strategiyası dəyişir: Ukrayna üçün çətin mərhələ başlayır

ABŞ nin strategiyası dəyişir: Ukrayna üçün çətin mərhələ başlayır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ətrafında davam edən danışıqlar fonunda Vaşinqtonun yeni Milli Təhlükəsizlik Strategiyasının açıqlanması müharibənin gələcək trayektoriyasına dair mühüm siqnallar verir.

Sənəddə NATO-nun yaxın illərdə genişlənməsinin zəruri sayılmaması, Ukraynanın alyansa üzvlüyü ilə bağlı perspektivin faktiki olaraq kənara qoyulması və münaqişənin “Ukrayna müharibəsi” kimi qeyd olunması ABŞ-nin Kiyevə münasibətində ton dəyişikliyinin baş verdiyini göstərir. Bu yanaşma ABŞ-nin diqqət mərkəzini Avropadan Asiya-Sakit okean bölgəsinə yönəltdiyinu və Rusiyanı birbaşa hədəf kimi deyil, yeni geosiyasi hesablamaların predmetinə çevirdiyini göstərir. Müharibənin dayandırılması üçün Rusiya ilə danışıqların vacib sayılması da bu kursun bir hissəsidir. Bu isə Ukraynanın yaxın dönəmdə daha sərt siyasi qərarlarla üzləşəcəyindən xəbər verir.

Bu fonda Tramp administrasiyasının səsləndirdiyi açıqlamalar Kiyevin mövqeyini daha da çətinləşdirir. ABŞ-nin hazırladığı sülh planına Moskvanın razılıq verdiyi, lakin Kiyevin tərəddüd göstərməsi, Ukrayna rəhbərliyinin qərarvermə prosesində daxili siyasi və ictimai təzyiqlərlə qarşılaşdığını göstərir. Ukraynada cəmiyyət uzunmüddətli müharibədən yorulsa da, hər hansı ərazi güzəştinə kəskin etiraz mövcuddur. Bu isə siyasi rəhbərliyin seçim imkanlarını daraldır və Kiyevin istədiyi nəticəni əldə etməsini çətinləşdirir. Mövcud danışıqlar şərtlərinin gələcəkdə Rusiyanın yeni istiqamətlərdə irəliləməsi riskini artırması da Kiyevin hesablama apardığı məqamlardandır. Müharibənin uzanması vəziyyətində Qərb, xüsusilə Avropa ölkələri yardım tempini azaltmağa davam edərsə, Ukraynanın hərbi imkanları daha da zəifləyə bilər.

ABŞ Konqresində Ukraynaya ayrılması nəzərdə tutulan məhdud maliyyə paketi də Vaşinqtonun Kiyev üçün əvvəlki qədər strateji prioritet görmədiyini ortaya qoyur. Hərbi yardım tam dayandırılmasa da, onun səviyyəsinin kəskin aşağı düşməsi ABŞ-ın Ukrayna ilə bağlı məsuliyyəti Avropanın üzərinə ötürmək niyyətini göstərir. Bununla yanaşı, Vaşinqtonun Rusiya ilə münasibətlərdə “stabil dialoq” xəttini vurğulaması ABŞ-ın Ukrayna məsələsini tədricən daha geniş geosiyasi sövdələşmənin bir hissəsinə çevirmək istədiyini deməyə əsas verir. Bu kurs Rusiyanın Çinlə yaxınlaşmasının qarşısını almaq üçün Moskvaya müəyyən iqtisadi və siyasi jestlərin edilməsini də istisna etmir.

Bütün bu proseslər göstərir ki, ABŞ-nin yeni strategiyası Ukraynanın gözləntiləri ilə üst-üstə düşmür və Kiyevi daha mürəkkəb seçimlər qarşısında qoyur. Ukrayna rəhbərliyi hazırda həm daxili ictimai rəyin, həm döyüş meydanındakı mövcudluğun, həm də Qərbin dəyişən siyasətinin təzyiqi altındadır. Vaşinqtonun strateji diqqətinin Avropadan uzaqlaşması və Rusiyaya münasibətdə daha praqmatik yanaşmasına keçməsi Avropa İttifaqının da öz təhlükəsizlik arxitekturasını təkbaşına gücləndirməsinə zərurət yaradır. Bu situasiya həm transatlantik münasibətlərdə yeni gərginlik xətti formalaşdırır, həm də NATO daxilində gələcək parçalanma ehtimallarını artırır. Nəticə olaraq, ABŞ-nin prioritet dəyişikliyi təkcə Ukraynanın deyil, bütün Avropa təhlükəsizlik sisteminin gələcəyinə təsir göstərə biləcək strateji dönüşü işarə edir.

Ruslan Zəngəzur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see401

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see346

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see331

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see330

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see312

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see306

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see302

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see259

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see246

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see242

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see237

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see231

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see225

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see219

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see210

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see206

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see201

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see181

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri