Əraqçı 48 saatda 12 ölkənin naziri ilə məsləhətləşdi
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın xarici işlər naziri Abbas Əraqçı son iki gün ərzində 12 ölkədən olan həmkarı ilə telefon əlaqəsi saxladığını, regionda cərəyan edən prosesləri, həmçinin ABŞ və İsrailin eskalasiyaya səbəb olan addımlarının fəsadlarını müzakirə etdiyini bildirib.
Moderator.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında paylaşım edib.
"Ötən 48 saat ərzində Oman, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Qətər, Kipr, Türkiyə, Küveyt, BƏƏ, Tunis, İraq və Pakistandan olan 12 həmkarımla ayrı-ayrılıqda apardığım telefon danışıqlarında ən son regional və beynəlxalq prosesləri, eləcə də ABŞ və İsrailin gərginliyi artıran fəaliyyətlərinin nəticələrini diqqət mərkəzində saxladıq", - deyə nazir vurğulayıb.
Əraqçının sözlərinə görə, məsləhətləşmələr zamanı ölkələrin milli suverenliyinə hörmətlə yanaşılmasının, təhdid və təcavüzlərə son qoyulmasının, dağıdıcı xarici müdaxilələrdən imtina edilməsinin vacibliyini vurğulayıb, qeyri-sabitliyin yayılmasının qarşısının alınmasında region dövlətlərinin məsuliyyət daşıdığını bildirib.
Eyni zamanda, diplomat İranın öz milli təhlükəsizliyini və suverenliyini qorumaq üçün qanuni hüquqa malik olduğunu, kənar qüvvələrin müdaxiləsi olmadan regional təhlükəsizlik mexanizmlərinin yaradılmasının zəruriliyini ön plana çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 Noyabr 2026 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















