Icma.az
close
up
RU
ABŞ nin təklifi Zelenskini çətin vəziyyətdə qoyub ŞƏRH

ABŞ nin təklifi Zelenskini çətin vəziyyətdə qoyub ŞƏRH

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hazırda ABŞ və Rusiya arasında, həmçinin Ukrayna ilə bağlı Donald Trampın komandasının planı müzakirə edilməkdədir və Ukrayna liderinin, ümumiyyətlə Ukrayna dövlətinin yəqin ki, yaxın iki gündə bütün bu təkliflərlə bağlı rəsmi şəkildə fikri açıqlanacaqdır".

Bu fikirləri Redaktor.az-a Ukrayna Prezidenti Volodimir Zelenski və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edən politoloq Zaur Məmmədov bildirdi.

"Əslində Zelenskinin Amerika nümayəndələri ilə də İstanbulda görüşü gözlənilirdi, lakin amerikalılar Zelenski ilə görüşə gəlmədilər. Zelenski daha sonra Kiyevə qayıtdıqdan sonra bu dəfə diplomatlarla deyil, hərbçilərlə görüşdü və çox güman ki, orada da mühüm məqamlar açıqlanıb. O ki qaldı Türkiyəyə, bəli, hər kəs yaxşı bilir ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasında müsbət rol oynaya bilir və ümumiyyətlə, Türkiyə bu və digər müharibələrdə, ziddiyyətlərdə, münaqişələrdə konstruktiv mövqe nümayiş etdirərək tərəflərin etibarını qazanmağa müvəffəq olub.

Lakin müharibənin dayandırılması və atəşkəsin elan edilməsi tərəflərin baxış bucaqlarından da asılıdır və tərəflərin mövqelərindəki fikirlər çox önəmlidir. Burada yəqin ki, son olaraq ABŞ tərəfindən təqdim edilən plana Rusiya tərəfindən fərqli yanaşılacaq, Ukrayna isə bu plana o qədər də nikbin baxmayacaqdır və Trampın ətraf komandasının verdiyi planın qəbul edilməsi böyük sual altındadır. Gözləyək görək, yaxın bir həftədə nə baş verəcək. Amma görünən odur ki, Ukrayna daxilindəki qalmaqallar və verilən təklifin daha çox birtərəfli üstünlük verməsi Zelenskini ciddi qərar vermək qarşısında çətin vəziyyətdə qoyub", - deyə o vurğuladı.

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Noyabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see426

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see418

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see295

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see275

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see264

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see257

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see254

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see251

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see249

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see233

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see222

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see216

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see214

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see212

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see209

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see208

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see207

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see204

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see203

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri