2027 ci ildə YouTube dəyişir Milyonlarla istifadəçiyə təsir edəcək
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"YouTube"da videoların daha az internet sərf etməsi və zəif bağlantıda belə donmadan izlənməsi mümkün olacaq. Buna yeni AV2 video formatı imkan yaradacaq. Texnologiyanın 2027-ci ilin ilk rübündə platformada istifadəyə verilməsi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, AV2 video formatı Amazon, Apple, Google və Netflix kimi böyük şirkətlərin təmsil olunduğu Açıq Media Alyansı tərəfindən hazırlanıb. 2026-cı ilin iyununda təqdim edilən yeni texnologiya internet üzərindən video ötürülməsi üçün tələb olunan məlumat həcmini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.
AV2 formatı hazırda istifadə edilən AV1 standartı ilə müqayisədə eyni məlumat ötürmə sürətində daha keyfiyyətli görüntü təqdim edə bilər. YouTube-un bu texnologiyanı 2027-ci ilin ilk aylarında internet versiyasında istifadəyə verməsi gözlənilir. "Meta" və "İntel" kimi şirkətlər də yüksək görüntü keyfiyyəti və fasiləsiz video izləmə imkanlarını yaxşılaşdırmaq üçün yeni formata sərmayə yatırırlar. Dominos pizza
AV2 texnologiyasının geniş yayılması üçün cihaz istehsalçılarının da bu formata uyğun məhsullar hazırlaması lazımdır. Hazırda televizorların və media oynadıcılarının heç biri AV2 formatında videoları birbaşa cihaz üzərində açmaq üçün lazımi aparat dəstəyinə malik deyil. Buna görə də yeni texnologiyanın bütün dünyada geniş istifadəsi bir neçə il çəkə bilər.
Yeni formatın əsas üstünlüyü məlumatları AV1 standartı ilə müqayisədə təxminən 30 faiz daha səmərəli sıxışdırmasıdır. Bu, video fayllarının daha az məlumat həcmi ilə ötürülməsinə imkan verəcək. Nəticədə internet bağlantısı zəif olduqda belə videoların daha sürətli açılması və daha az donması mümkün olacaq. Xüsusilə 4K və 8K keyfiyyətli videolara, eləcə də virtual reallıq məzmunlarına baxarkən bu texnologiyanın faydası daha çox hiss ediləcək. Belə videoların ötürülməsi üçün böyük həcmdə məlumat tələb olunur. AV2 formatının digər üstünlüyü onun açıq standart olması və istifadəsi üçün lisenziya haqqının tələb edilməməsidir. Bu da texnologiya şirkətlərinin xərclərini azaldır.
Qeyd edək ki, yeni formatın "YouTube"da istifadəyə verilməsi bütün cihazlarda dərhal işləyəcəyi demək deyil. Bunun üçün cihazların da AV2 texnologiyasını dəstəkləməsi vacibdir.
Baxış sayı:51
Bu xəbər 27 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















