Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Diplom alan gənclər niyə iş tapa bilmir? SƏBƏB BUDUR

Diplom alan gənclər niyə iş tapa bilmir? SƏBƏB BUDUR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ali təhsil alan gənclərin bir çoxu diplom əldə etsə də, iş tapmaqda çətinlik çəkir. İşəgötürənlər təcrübə tələb edir, yeni məzunlar isə ilk işlərini tapmaq üçün fürsət axtarırlar.

Bəs diplomlu gənclər niyə işsiz qalır? 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan  insan resursları üzrə ekspert Aytən Şıxalıyeva bildirib ki, diplomlu gənclərin işsiz qalmasının səbəblərini yalnız onların hazırlığı ilə əlaqələndirmək düzgün deyil: Marqarita pizza

“Bu məsələ təhsilin məzmunu, məzunun hazırlığı, gözləntiləri və işəgötürənin ehtiyacları ilə birlikdə kompleks qiymətləndirilməlidir. Əsas səbəblərdən biri tədris proqramlarının əmək bazarının tələbləri ilə tam uzlaşmamasıdır. Bəzi hallarda gənc universitetdə nəzəri bilik əldə edir, lakin həmin biliyi real iş tapşırığında necə tətbiq edəcəyini öyrənmədən məzun olur. İstifadə olunan texnologiyalar, proqramlar və iş üsulları dəyişdikcə tədrisin məzmunu və praktik məşğələlər də buna uyğun yenilənməlidir. Əks halda, diplomla təsdiqlənən hazırlıqla iş yerində tələb olunan bacarıqlar arasında boşluq yaranır.

Burada iki məsələni ayırmaq vacibdir: yeni məzunun iş təcrübəsinin olmaması və ixtisası üzrə baza biliklərinin yetərsiz olması. Yeni məzunun şirkətin daxili proseslərini bilməməsi təbiidir, bunu işə başladıqdan sonra öyrənə bilər. Ancaq ixtisasının əsaslarını da işəgötürəndən öyrənməyi gözləməsi fərqli məsələdir. İşəgötürən belə namizədi hazırlamaq üçün əlavə vaxt və resurs ayırmalı olur. Bu imkanı məhdud olduqda isə işə daha tez başlaya biləcək təcrübəli mütəxəssisə üstünlük verə bilər”.

Ekspertin sözlərinə görə, işəgötürənlər çox vaxt yeni məzunu öyrətməkdənsə, hazır təcrübəsi olan işçini seçirlər:

“Bəzən  yeni məzunların vəzifə və əməkhaqqı gözləntiləri sahib olduqları bilik və bacarıqlardan yüksək olur. Yüksək hədəflərin olması müsbətdir, amma həmin hədəfə uyğun hazırlıq da olmalıdır. Gənc bəzən diplomunu və topladığı sertifikatları kifayət hesab edir, işəgötürən isə onun konkret olaraq hansı işi görə biləcəyini qiymətləndirir. Gözləntilərlə real hazırlıq arasındakı fərq iş axtarışını uzada bilir. Bununla belə, məsuliyyəti yalnız gəncin üzərinə qoyulması da düzgün yanaşma olmaz. Başlanğıc vəzifə üçün artıq tam formalaşmış mütəxəssis axtarmaq da gənclərin işə girişini çətinləşdirir. Mən hesab edirəm ki, universitet baza və praktik hazırlığı gücləndirməli, gənc öz inkişafında fəal olmalı, işəgötürən isə vəzifəyə uyğun öyrənmə və adaptasiya imkanı yaratmalıdır”.

Onun sözlərinə görə, gənclərdən hər şeyi bilmək tələb olunmur, amma seçdikləri sahənin əsaslarını bilməli və öyrənməyə həvəsli olmalıdırlar:

“Mənim yanaşmam budur ki, yeni məzundan hər şeyi bilməsini gözləmək düzgün deyil. Amma müraciət etdiyi sahənin əsaslarını bilməsi, sadə tapşırıqları yerinə yetirə bilməsi və öyrənməyə hazır olması vacibdir. İlk növbədə ixtisas üzrə baza bilikləri və onları tətbiq etmək bacarığı önəmlidir. Məsələn, namizəd maliyyə sahəsinə müraciət edirsə, əsas maliyyə anlayışlarını başa düşməli, məlumatlarla işləməyi bacarmalıdır. Marketinq sahəsini seçirsə, auditoriyanın müəyyənləşdirilməsi və sadə fəaliyyət planının hazırlanması barədə təsəvvürü olmalıdır. Bilik yalnız termini izah etməkdə deyil, tapşırığı həll etməkdə də görünməlidir. Eyni zamanda, analitik düşüncə, ünsiyyət və komanda ilə işləmək bacarığı əhəmiyyətlidir. İşəgötürən namizədin problemi necə anladığını, hansı sualları verdiyini, fikrini necə əsaslandırdığını və başqaları ilə necə əməkdaşlıq etdiyini görmək istəyir.

Məsuliyyət və öyrənmə bacarığını da xüsusilə vurğulayardım. Tapşırığı dəqiqləşdirmək, vaxtında yerinə yetirmək, çətinliyi gizlətmədən bildirmək və geribildirimdən nəticə çıxarmaq yeni məzunun inkişafına ciddi təsir edir. Vəzifəyə uyğun rəqəmsal bacarıqlar və dil bilikləri də onun imkanlarını genişləndirir”.

A.Şıxalıyeva qeyd edib ki, gənclərin yol verdiyi əsas səhvlərdən biri diplomun avtomatik olaraq işlə təmin edəcəyini düşünmələridir:

“İlk növbədə diplomun avtomatik iş təminatı yaratdığı düşüncəsindən uzaqlaşmaq lazımdır. Gənc özünə “Hansı diplomum var?” sualı ilə yanaşı, “Bu gün hansı işi yerinə yetirə bilirəm?” sualını da verməlidir.

İkinci məsələ gözləntiləri real hazırlıqla uzlaşdırmaqdır. Əməkhaqqı və vəzifə gözləntisi müəyyənləşdirərkən yalnız şəxsi ehtiyacları deyil, rolun məsuliyyətini, bazardakı imkanları və mövcud bacarıqları da nəzərə almaq lazımdır. Bu, öz əməyini dəyərsizləşdirmək demək deyil. Məqsəd ilk mərhələdə hansı töhfəni verə biləcəyini və daha yüksək səviyyəyə çatmaq üçün nəyi inkişaf etdirməli olduğunu düzgün görməkdir.

Digər səhv ardıcıl təlimlərə qatılıb öyrənilənləri tətbiq etməməkdir. Mən gənclərə tövsiyə edərdim ki, hər təlimdən sonra konkret iş nümunəsi hazırlasınlar: hesabat, təhlil, layihə və ya fəaliyyət planı. Belə nümunələr iş təcrübəsi olmayan namizədin bacarığını göstərməsinə kömək edir.

Eyni CV-ni bütün vakansiyalara göndərmək və müsahibəyə hazırlıqsız getmək də nəticəni zəiflədir. Namizəd vəzifənin tələblərini araşdırmalı, öz hazırlığının bu tələblərlə əlaqəsini göstərməlidir. “Məsuliyyətliyəm” və ya “komandada işləməyi bacarıram” deməklə kifayətlənmədən, bunu universitet layihəsindən, könüllü fəaliyyətdən və ya təcrübə proqramından nümunə ilə izah etməlidir.

Gəncin iş axtarışında ən vacib addımlarından biri öz hazırlığını dürüst qiymətləndirməsidir. Nəyi bildiyini, nəyi bacardığını və hansı boşluqlarını tamamlamalı olduğunu görən namizəd həm daha düzgün vakansiyalara müraciət edir, həm də inkişafını məqsədli qurur”.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 Oktyabr 2026 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see447

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see410

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see292

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see289

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see283

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see257

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see254

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see240

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see232

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see224

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see224

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see220

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see219

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see207

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see205

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see204

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see200

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see199

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see196

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri